"Qəbələ" "Beşiktaş"la heç-heçə oynadı

25.09.2012 | 4931 dəfə oxunub

Aşağı yaş qruplarının futbol bacarıqlarının və təcrübələrinin artırılması məqsədilə mütəmadi olaraq ölkə xaricində təlim-məşq toplanışları keçirən “Qəbələ” Futbol Akademiyası 2012-2013 mövsümünə U-16-nın İstanbul səfəri ilə start verib. 

Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, səfərin ilk günündə komanda İstanbulda yerləşən Heydər Əliyev Parkını ziyarət edib. Daha sonra Beşiktaş İnönü Stadionunda olan “Qəbələ” kollektivi arena ilə yaxından tanış olub. 

Günün ikinci yarısında isə komanda Fulya Təsislərində ilk yoxlama oyununu keçirib. “Beşiktaş”lı həmyaşıdları ilə üz-üzə gələn təmsilçimiz qələbəni son anda əldən verib.

Oyuna sürətli başlayan “Qəbələ” ilk hissə ərzində bir neçə real qol imkanı yaratsa da, bunların yalnız birini dəyərləndirə bilib. Matçın 30-cu dəqiqəsində Bəhlul Mustafazadənin ara ötürməsindən sonra Romal Hüseynov rəqib qapısına yol tapıb. 

İkinci hissəyə meydan sahibləri daha aktiv başlayıblar. Təzyiqi artıran istanbullular müdafiəçilərimizin ani diqqətsizliyindən yararlanaraq hesabı bərabərləşdiriblər. Qarşılaşmanın 52-ci dəqiqəsində “Qələbə” yenidən hesabı öz xeyrinə dəyişib. Fərid Əsədli rəqib müdafiəçidən topu “oğurlayaraq” komandasını irəli çıxarıb. Görüşün qalan dəqiqələrində əsasən əks-hücumlara üstünlük verən “Qəbələ” bir neçə təhlükəli epizod yaratsa da, son anda qeyri-dəqiqlik hesab arasındakı fərqin artmasına imkan verməyib. Əvəzində matça əlavə olunmuş son dəqiqədə komanda qapısında qol görüb. İstanbul təmsilçisi cərimə zərbəsindən status-kvonu bərpa edib. Beləliklə, “Qəbələ” qardaş ölkədə keçirdiyi ilk oyundan sülhlə ayrılıb - 2:2.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail