“Neftçi” antirekordlarını təkrarladı

25.09.2012 | 4581 dəfə oxunub

Son 2 mövsümün Azərbaycan çempionu “Neftçi” Topaz Premyer Liqasının cari mövsümündə ilk 4 qarşılaşmada 5 qol buraxıb. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, bunadək “Qarabağ” və “Xəzər Lənkəran” klublarının hərəsindən 1 qol buraxan bakılılar “Sumqayıt”a 2:3 hesabı ilə uduzub. Bununla da çempionun startdakı 4 matçda buraxdığı topların sayı 5-ə çatıb.

Bu isə “Neftçi”nin tarixində ən pis göstəricidir. “Ağ-qaralar” 1993  və 2006/07 mövsümlərində də ilk 4 qarşılaşmada 5 dəfə qola məyus olmuşdu.

Startdakı 4 oyunda 2 məğlubiyyət alan “Neftçi” ölkə çempionatları tarixində 5-ci dəfə mövsümə belə başlayıb. Paytaxt təmsilçisi 1998/99, 2006/07, 2008/09 və çempion olduğu ötən - 2011/12 mövsümündə də ilk 4 oyundan 2-də xalsız qalmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail