“Rəvan”ın 2 baş məşqçisi var?

24.09.2012 | 4690 dəfə oxunub

“Rəvan” klubunda baş məşqçi dəyişikliyi olduğu barədə xəbər vermişdik. Klubun rəsmi internet saytı da Kemal Alispahiçin baş məşqçi postuna gətirildiyini təsdiqləyib. Hətta Alispahiçlə 2 illik müqavilə imzalandığını bəyan edib. Stadium.az xəbər verir ki, bu gün Topaz Premyer Liqasının VI turunda “Qəbələ”yə qarşı keçirilən görüşün protokolunda “Rəvan”ın baş məşqçisi qismində Bəhmən Həsənovun adı göstərilib. Əgər, Alispahiçlə 2 illik müqavilə imzalanıbsa, Həsənov komandanı meydana necə baş məşqçi qismində çıxara bilər? Belə çıxır ki, “Rəvan”ın eyni anda 2 baş məşqçisi var? Ya protokolu dolduran şəxsin yeni baş məşqçinin kimliyindən xəbəri yoxdur, ya da "Rəvan"ın saytı başda olmaqla, Stadium.az da daxil olmaqla saytlar yalan xəbər yazıb, Alispahiç baş məşqçi postuna gətirilməyib. Lisenziyası olmadığına görə Alispahiç oyunu kənardan izləyirsə, o zaman qarşılaşmanın protokolunda Bəhmən Həsənov baş məşqçi deyil, baş məşqçi əvəzi, ya da məşqçi kimi göstərilməliydi... Bu da Azərbaycan futbolu və “Rəvan”dan növbəti “peşəkarlıq” nümunəsi.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail