Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dünya çempionatının açılışında iştirak ediblər

23.09.2012 | 7798 dəfə oxunub

Sentyabrın 22-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin təntənəli açılış mərasimi keçirilib.

Stadium.az AzərTac-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və FİFA-nın prezidenti Yozef Blatter fəxri qonaq qismində iştirak ediblər.

Açılış mərasimində dünya şöhrətli “Cirque du Soleil” sirki xüsusi olaraq bu mundial üçün hazırladığı proqramla çıxış edib.

Akrobatlar, rəqqaslar və bu şouda iştirak edən yerli könüllülər öz çıxışlarında Azərbaycanın qədim ənənələrinə uyğun olaraq onun idman, futbol və həmçinin mədəni komponentlərini nümayiş etdiriblər. Bu kompozisiya xüsusi bəstələnmiş və özündə Azərbaycan milli musiqi ənənələrini və məhz “Cirque du Soleil” tamaşalarına xarakterik olan musiqinin müşayiəti altında keçib.

Sonra dünya şöhrətli müğənni Cennifer Lopez möhtəşəm ifası azarkeşlərin bayram əhval-ruhiyyəsini daha da artırıb.

Daha sonra Azərbaycanın və Kolumbiyanın 17 yaşlı qadınlardan ibarət milli komandaları yaşıl meydana daxil olublar.

Aərbaycan Prezidenti İlham Əliyev və FİFA-nın prezidenti Yozef Blatter komandaların oyunçularını, hakimləri təbrik edərək onlara uğurlar arzulayıblar.

Kolumbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra qarşılaşma başlanıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail