Yozef Blatter: “İndiyədək heç bir yarışda belə açılış mərasimi olmayıb”

21.09.2012 | 4092 dəfə oxunub

Bu gün Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının açılış mərasimi öncəsi FİFA prezidenti Yozef Blatter Bakıda mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, Blatter mundialın Azərbaycan futbolunun inkişafına xidmət edəcəyini bildirib: “Dünya çempionatının Azərbaycanda keçirilməsi böyük hadisədir. Bu, ölkənizdə futbolun inkişafına xidmət edəcək. Çempionatın fərqli məkanda keçirilməsi təqdirəlayiqdir. Coğrafi cəhətdən baxsaq, ölkəniz müxtəlif sivilizasiyaları birləşdirən məkandır. Elə ona görə də burdayam. Dünya çempionatının keçirilməsinə dövlət səviyyəsində ölkə prezidenti İlham Əliyev, AFFA-nın prezidenti Rövnəq Abdullayev böyük dəstək veriblər”.

FİFA prezidenti açılış mərasiminin yüksək səviyyədə keçəcəyinə əmindir: “Sabahkı açılış mərasimi möhtəşəm olacaq. İndiyədək heç bir yarışda belə açılış mərasimi olmayıb. Dünya estradasının ulduzu Cenifer Lopes də ora dəvət olunub. Belə bir ulduzun gəlməsinin özü böyük hadisədir. Bu, qadın futbolçular üçün ilin sonuncu möhtəşəm yarışıdır. Olimpiadada qadınların yarışına 600 min bilet satılmışdı. U-20-lərin dünya çempionatında da qadın futboluna marağın necə böyük olduğunun şahidi olduq. Azərbaycanda da yarış əla təşkil olunub. Hər şey FİFA-nın tələblərinə uyğun şəkildədir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail