Böyükağa Hacıyev: "Təəssüflər olsun ki, qədim tarixi olan "Partizan" bu gündədir" - MÜSAHİBƏ

21.09.2012 | 6113 dəfə oxunub

"Neftçi" Avroliqanın qrup mərhələsində ilk xalını qazandı. Stadium.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Böyükağa Hacıyev qarşılaşmanı belə dəyərləndirdi:

- Axşamınız xeyir. Bizi sevənləridə, sevməyənləridə salamlayıram. Bu gün "Neftçi" bir xal qazanmadı, iki xal itirdi. Bi balaca qrup mərhələsinin ab-havasını futbolçular üzərlərindən gec atdılar. "Partizan" mən təsəvvür etdiyimdən də zəifdir. Çox təəssüflər olsun ki, qədim tarixi olan "Partizan" bu gündədir. Sizə söz verirəm ki, Bakıda "Partizan"la oyunda 3 xal elə bil cibimizdədir. Qazandığımız bir xalı peşə bayramı olan neftçilərə həsr edirik. Biz də burda neftçiləri təmsil edirik. Bu bir xalı ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevə və 80 min işçisi olan neftçilərə həsr edirik. Oyundan sonra yaşananları ağlıma gətirmirdim. Biz serb millətinin mədəniyyətinə yaxşı bələdik. Avropanın mərkəzində bizə qarşı edilən belə hərəkətləri qəbul edə bilmərik.

- Nəyə görə siz zala daxil olanda jurnalistlər sizi alqışladı?

- Çünki ilk dəfə idi ki, Avroliqa tarixində Azərbaycan klubu xal qazanırdı. Axı mən neyləyim ki, siz məşqçinizə "istefa" deyə qışqırırsız, bizimkilər məni alqışlayırlar?

- Bəs siz haradan bildiz ki, burada sizi sevməyənlər var?

- Oyundan sonra yaşananlar bunu göstərirdi.

- Biz bu gün pis oyunun şahidi olduq, bu barədə nə deyə bilərsiz?

- Mən sizin son beş oyununuza baxşıam. Sizin komanda nə özü oynayır, nə də başqasına imkan verir.

- Baş məşqçi qapıçının özünü elə aparmasına necə baxır?

- O, serbdir. Yaxşı da olsa, pis də olsa, sizin adınızadır. O "Srvena Zvezda"dan gəldiyi üçün siz belə edirsiz. Sabah "Partizan"a gəlsə sizə yaxşı olar.

- Sizcə bu "Fair Playy" idi?

- Mən paltardəyişmə otağında onu təbrik etdim. Saşa bir nömrədir!

- Konkret olaraq iki xal itkisini nəylə izah edərdiz?

- Əgər biz burda "Partizan"dan bir xal qoparıb aparırıqsa, bu yaxşı nəticədir.

- Mahir Şükürov hücumlara niyə qoşulmurdu?

- Bu, bir tapşırıq idi. Onlara belə göstəriş vermişdik.

Vüsal Bəbirli, Belqrad



  #1   Adınız: Azarkeş;   E-mail: [email protected]

22.09.2012 09:00

Neftçini qələb münasibəti ilə təbrik edirəm. Bizim yeni ulduz
məşqcimiz Böyükaga Hacıyev-ə Allah şəfa versin. Gec də olsa
biraz təvazökarlıq. Cox göynən getməyə dəyməz. Yerə düşəndə pis
ağrıdar

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail