Namiq Yusifov: “Real” da “Barselona”ya eyni hesabla uduzmuşdu”

19.09.2012 | 4408 dəfə oxunub

“Qarabağ” gündə 2 dəfə olmaqla Premyer Liqanın VI turunda qarşılaşacağı `Turan`la oyunun hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, Ağdam klubunun aparıcı simalarından olan Namiq Yusifov klubun rəsmi internet saytına verdiyi açıqlamada AZAL-a sonuncu turdakı məğlubiyyəti, həm də “Turan”la qarşıdan gələn oyunu dəyərləndirib: “Başa düşə bilmirəm, niyə hamı hələ də AZAL-a məğlubiyyətdən danışır? Düzdür, “Qarabağ” kimi komandanın belə məğlubiyyəti yolverilməzdi. Amma heç kim bundan sığortalanmayıb. “Real” da “Barselona”ya eyni hesabla uduzmuşdu. Amma bu gün İspaniya çempionu sayılırlar. Bizim sadəcə itirdiyimiz 3 xaldı. Yəni, nəzəri cəhətdən heç nə itirilməyib. Çempionat hələ yeni başlayıb. Daim qabağa baxmalıyıq. İndi hədəfimiz “Turan”la oyundur. “Turan” bu il olduqca əzmkar təsir bağışlayır. AZAL-la oyunumuzdan sonra yəqin daha da həvəsləniblər. Amma biz vəziyyətdən nəticə çıxarmağa çalışacağıq. Qurban müəllim bunun üzərində işləyir. Əmin ola bilərsiz ki, “Qarabağ”a heç nə olmayıb. Görəcəksiz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail