"Qalatasaray" uduzdu, "Barselona"dan çətin qələbə, "Çelsi" və "Yuventus" xalları böldü YENİLƏNİB

20.09.2012 | 7707 dəfə oxunub

Bu gün Çempionlar Liqasında daha 4 qrupda ilk turun oyunları keçiriləcək. Stadium.az xəbər verir ki, bu dəfə E, F, G və H qruplarının iştirakçıları meydana çıxacaqlar. “Çelsi” - “Yuventus” oyunu nəinki E qrupunun, eləcə də günün əsas qarşılaşmasıdır. Müəyyən fasilədən sonra qitənin ən mötəbər klub turnirinə qayıdan turinlilər səfərdə yarışın son qalibinin qonağı olacaq. Hər iki komandanın meydana qələbə üçün çıxacağı şübhəsizdir. Bu səbəbdən də azarkeşləri amansız mübarizənin gözlədiyini demək olar. Qrupun digər matçında isə Donetsk “Şaxtyor”u Danimarkanın “Nordslənd” klubunu sınağa çəkəcək. Ukrayna çempionu turnirə qələbə ilə başlamaq üçün bundan əlverişli rəqib arzulaya bilməzdi.

F qrupunda son finalçı “Bavariya” “Valensiya”nı qəbul edəcək. Həftə sonu hər iki komanda daxili birincilikdə eyni hesablı qələbəyə (2:1) sevinib. Bu dəfə isə kimin sevinəcəyi maraq doğurur. Doğma meydanda oynadığı üçün münhenlilər favorit hesab olunur. Lakin “Valensiya” da Almaniyaya məğlubiyyət üçün gəlmədiyini göstərməyə çalışacaq. “Lill” öz meydanında BATE-ni sınağa çəkəcək. Bu görüşün də favoriti meydan sahibləri hesab olunur.  

“Barselona” müəyyən fasilədən sonra Çempionlar Liqasına qayıdan “Spartak”ı qəbul edəcək. Moskvalıların “Nou Kamp”dan “sağ-salamat” çıxmaları çətin məsələdir. “Spartak”la birgə qrupda ikinci yer uğrunda yarışacaq “Seltik”lə “Benfika” birincilərin meydanında üz-üzə gələcək. Bu görüşdə komandaların şansları bərabərdir.  

Ölkəmizdə xeyli sayda tərəfdarı olan “Qalatasaray” səfərdə “Mançestr Yunayted”in qonağı olacaq. Bukmeykerlər “qrımızı şeytanlar”ı bu matçın əsas favoriti qismində görsələr də, “Cim-Bom”dan sürpriz gözləməyə dəyər. Çünki Fatih Terimin “aslan”ları səfərə minimum 1 xal üçün yollanıblar. “İmperator” özü də Çempionlar Liqasına qayıdışını məğlubiyyətlə qeyd etmək istəməz. Qrupun digər görüşündə isə turnirin sürpriz komandaları “Braqa” və ÇFR üz-üzə gələcək. Bir neçə gün öncə millimizin 3 zərbə aldığı arenadan ÇFR-in xalla qayıtması çətin görünür.

“Çelsi” (İngiltərə) - “Yuventus” (İtaliya) 2:2

Qollar: Oscar 31; 33 - Vidal 38, Quaqriaella 80

“Şaxtyor” (Ukrayna) - “Nordslənd” (Danimarka) 2:0

Qollar: Mikhitaryan 44; 76

“Bavariya” (Almaniya) - “Valensiya” (İspaniya) 2:1

Qollar: Şvaynştayger 38, Kroos 76 - Valdez 90+1

Qırmızı vərəqə: Rami 90+3 (Valensiya)

Qaçırılan penalti: Mandzukiç 90+4 (Bavariya)

“Lill” (Fransa) - BATE (Belarus) 1:3

Qollar: Chedjou 60Volodko 6, Rodionov 20, Olekhnoviç 43

“Barselona” (İspaniya) - “Spartak” (Moskva, Rusiya) 3:2

Qollar: Tello 14, Messi 72; 80 - Dani Alveş 29 (avtoqol), Romuolo 59

“Seltik” (Şotlandiya) - “Benfika” (Portuqaliya) 0:0

“Mançestr Yunayted” (İngiltərə) - “Qalatasaray” (Türkiyə) 1:0

Qol: Kerrik 7

Qaçırılan penalti: Nani 52 (M.Y.)

“Braqa” (Portuqaliya) - ÇFR (Rumıniya) 0:2

Qollar: Rafael Bastos 19; 34



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail