“Neftçi” Serbiyada ilk məşqinə çıxdı

18.09.2012 | 5205 dəfə oxunub

Sentyabrın 20-də səfərdə “Partizan”la qarşılaşacaq “Neftçi” bu gün Belqradda ilk məşqinə çıxıb. Stadium.az-ın Belqrada ezam olunmuş əməkdaşı xəbər verir ki, “ağ-qaralar”ın planlarında müəyyən dəyişiklik olub. Əvvəlcədən “Neftçi”nin məşqinin OFK-nın meydançasında baş tutacağı gözlənilsə də, çempionumuz “Srvena Zvezda” klubuna məxsus stadionda məşqə çıxıb. “Partizan”ın əzəli rəqibinin arenası “Srvena Zvezda Stadium” adlanır. İkinci adı “Marakana” olan stadion 1963-cü ildə istifadəyə verilib. 4 il öncə yenidən qurulan “Srvena Zvezda Stadium” 55538 tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, “Neftçi” Belqradda sabah sonuncu məşqinə çıxacaq. Çempionumuz bu dəfə matçın oynanılacağı “Partizan Stadium”da hazırlıq keçəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail