Benouahi: “Qarabağ” üzərində qələbə qazanmağımızın əsas səbəbi...”

18.09.2012 | 3785 dəfə oxunub

Premyer Liqanın V turu maraqlı və gərgin qarşılaşmalarla yadda qaldı. Ancaq ən gözlənilməz nəticə AZAL - "Qarabağ" matçında qeydə alındı. "Təyyarəçilər"in Ağdam təmsilçisi üçərində 6-2 hesabı ilə inamlı qələbə qazanması futbol ictimaiyyətinin diqqətini AZAL-a yönəltdi. Hazırda 10 xalla turnir cədvəlinin lideri olan AZAL-ın "Qarabağ"la oyundakı qəhrəmanlarından biri Zohair Benouahi www.pfl.az saytına verdiyi açıqlamada uğurların ardının gələcəyinə inandığını söylədi:

“AZAL ötən tur “Qarabağ” üzərində möhtəşəm qələbə qazandı. AZAL peşəkar futbolçulardan təşkil olunmuş güclü komandadır. “Qarabağ” üzərində qələbə qazanmağımızın əsas səbəbi oyun boyu nizam-intizamı itirməməyimiz oldu. Həmin oyunda qol vurduğum üçün şadam. Cari mövsüm yeni başlayıb. Cəmi 4 tur geridə qalıb. Düzdür, AZAL hazırda turnir cədvəlinin lideridir, ancaq qarşıda uzun və çətin yol var. Biz çalışacağıq ki, çempionatın sonunda da AZAL turnir cədvəlinin lideri olsun. Komandanın heyətində yüksək fərdi bacarığa malik futbolçular var. Çempionatda uğurlu start götürdük. 4 oyuna topladığımız 10 xalla ilk pillədə yer alırıq. Bunun davamının da gələcəyinə inanıram”.

“Cari mövsüm mənim üçün də uğurlu başladı. Rəqib qapılarına 4 qol vura bilmişəm. İnanıram ki, yenə də qollar vuracam. Ancaq mən qol vurmaqdan daha çox ötürmə verməyi üstün tuturam. Növbəti turda “İnter” ilə qarşılaşacağıq. Rəqibimiz güclü komandadır, çox yaxşı futbolçuları var. Mənim keçmiş komanda yoldaşım Tales Şütz də “İnter”in şərəfini qoruyur. Şütz çox yaxşı futbolçudur. Onun yeni komandası ilə uğur qazanacağına inanıram. “İnter”lə oyunda da əlimizdən gələni edib turnir cədvəlindəki mövqeyimizi qorumağa çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail