“Neftçi” Taşmaydan parkında Heydər Əliyevin abidəsini ziyarət etdi

18.09.2012 | 14069 dəfə oxunub

Sentyabrın 20-də Avroliqanın qrup mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Partizan”la qarşılaşacaq “Neftçi” bu gün Serbiyaya yollanıb. Stadium.az-ın Belqrada ezam olunmuş müxbiri xəbər verir ki, “Neftçi” klubunun üzvləri adıçəkilən ölkəyə çatdıqdan bir qədər sonra Belqradın Taşmaydan parkında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin abidəsini ziyarət ediblər. Klub rəhbərliyi, məşqçilər və futbolçular Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, Taşmaydan parkındakı abidənin açılışı ötən il iyunun 8-də olub. Həmin vaxt Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mərasimdə iştirak ediblər.Taşmaydan parkı Belqradın Palilula bələdiyyəsinin ərazisində yerləşir. İki min il əvvəl romalılar Belqrad hakimi üçün saray tikmək məqsədi ilə bu ərazidə yerləşən karxanadan daş çıxarırmışlar. Karxananın osmanlılar dövründə də mövcudluğu onun adının yaranmasına səbəb olub. Osmanlılar dövründə Belqradda inşa olunmuş tikili və divarlar bu karxanadan çıxarılan daşlardan tikilib. Taşmaydanda XIX əsrdə yaşamış bir çox görkəmli serb xadimləri dəfn olunub. Həmin əsrin sonundan başlayaraq qəbiristanlıq başqa əraziyə köçürülüb və burada yaşıllıqlar salınıb. İndi bu park Belqrad sakinlərinin istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail