Muarem söz verdi: “Bir də belə şey təkrarlanmayacaq”

18.09.2012 | 4156 dəfə oxunub

Premyer Liqanın son turunda AZAL-a 2:6 hesabı ilə uduzan “Qarabağ”ın futbolçusu Muarem Muarem sonuncu məğlubiyyəti dəyərləndirib. Stadium.az xəbər verir ki, klubun rəsmi internet saytına açıqlama verən 23 yaşlı futbolçu son oyunun onlar üçün bir “qəza” olduğunu qeyd edib: “Hər halda AZAL özü də belə qələbə qazanacağını göləmirdi. Bu oyun bir “qəza” idi. Əmin ola bilərsiz ki, bir də belə bir şey təkrarlanmayacaq.  Həm də bu oyunu unutmalıyıq. Təbii ki, dərs çıxarmaq şərtiylə. Çempionat yeni başlayıb və biz hədəflərimizə köklənməliyik. Qarşıda bizi 3 ağır səfər oyunu gözləyir. Azərbaycan çempionatının ən maraqlı özəlliyi ondan ibarətdir ki, hamının xal qazanma ehtimalı var. "Turan"la qarşıdan gələn oyun çətin olacaq. Amma Tovuzla yanaşı Gəncə və Zaqatalada da  3 xal üçün meydana çıxacağıq. “Qarabağ”ın sözünü deməsi üçün yetərincə imkanı olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail