Bayıl stadionunda "LIVE YOUR GOALS" festivalı

18.09.2012 | 4127 dəfə oxunub

Qadın futbolunun təbliği məqsədilə AFFA-nın təşkilatçılığı ilə FIFA-nın bayrağı altında Bayıl stadionunda "Live Your Goals" festivalı keçirilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, festivaldan öncə təşkil olunmuş mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov, FIFA-nın Üzv Assosiasiyalar və İnkişaf üzrə direktoru Tierri Begenass, FIFA qadın yarışlarının rəhbəri Tatyana Hayenni, əfsanəvi qadın futbolçular Şirli Kruz və Şteffi Cons,  həmçinin 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvü Əminə Heydərova jurnalistlərin suallarını cavablandırıblar.

Festivalın əyləncəli konsert hissəsində rəqs ansamblı və tanınmış müğənni, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayev çıxış edib.

Qeyd edək ki, bu, qadın futbolunun təbliğatı məqsədilə keçirilən 6-cı "Live Your Goals" festivalı olub. Buna qədər ilk dəfə 2012-ci ilin mart ayında AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da keçirilmiş festival daha sonra apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında Quba Olimpiya İdman Kompleksində, iyulda Şəki şəhər stadionunda, avqust ayında isə Masallı Olimpiya İdman Kompleksində təşkil olunmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail