"Real" və "Borusiya" sonda sevindi, "Milan" evdə xal itirdi YENİLƏNİB

19.09.2012 | 9529 dəfə oxunub

Bu gün Çempionlar Liqasında qrup mərhələsinn oyunlarına start veriləcək. Stadium.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

A qrupunda əsas diqqətlər Parisə yönələcək. Yayda transferlərə böyük vəsait xərcləyən "PSJ" Kiyev "Dinamo"sunu qəbul edəcək. Təkcə daxili çempionatda deyil, eləcə qitənin ən mötəbər klub turnirində uğurlu çıxış etməyi qarşısına məqsəd qoyan parislilər bunun üçün turnirə ev qələbəsi ilə start verməlidir. Qrupun digər matçında Zaqreb "Dinamo"su "Portu"nu sınağa çəkəcək. Lideri - Halkı "Zenit"ə satan portuluların braziliyalı forvardsəz necə çıxış edəcəyi böyük maraq doğurur.

Ötən mövsüm Fransada rəqib tanımayan "Monpelye" "Arsenal"ı qəbul edəcək. Ötən həftə "Sautgempton"u "qol yağışı"na tutan London təmsilçisindən fərq li olaraq Fransa klubunun düşərgəsində əhval-ruhiyyə yüksək səviyyədə deyil. "Olimpiakos"la "Şalke"nin "duel"ini isə eyni səviyyəli komandaların qarşıdurması kimi qiymətləndirmək olar.

"Milan" "San Siro"da "Anderlext"i sınağa çəkəcək. Cari mövsüm "A" seriyasında hər iki ev oyununda qol vurmadan məğlub olan "Milan" bu gün qələbə qazanmaqla uğursuzluqlarını unutdurmaq əzmindədir. "Malaqa" ilə "Zenit"in görüşü də maraqla gözlənilir. Ötən yay "Malaqa" bğyük pullar xərcləyib, səs-küylü transferlərə imza atırdısa, indi eyni yolu Sankt-Peterburq təmsilçisi tutub.

Günün mərkəzi qarşılaşması Madriddə baş tutacaq. İspaniya və İngiltərə çempionları "Santyaqo Bernabeu"da üz-üzə gələcəklər. Həftə sonu həm "Real", həm də "Mançestr Siti" daxili arenada qələbəyə həsrət qaldıqlarından azarkeşləri önündə bəraət qazanmağa çalışacaqlar.  Dortmund "Borusiya"sı isə "Ayaks"ı evə xalsız yola salmağa çalışacaq.

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Porto" (Portuqaliya) 0:2

Qollar: Gonzales 41, Defour 90+2

PSJ (Fransa) - "Dinamo" (Kiyev, Ukrayna) 4:1

Qollar: İbrahimoviç 19 (p), Silva 29, Aleks 32, Pastore 90+1 - Velosp 87

"Monpelye" (Fransa) - "Arsenal" (İngiltərə) 1:2

Qollar: Belhanda 9 (p) - Podolski 16, Jervinyo 18

"Olimpiakos" (Yunanıstan) - "Şalke" (Almaniya) 1:2

Qollar: Abdoun 58 - Hovedes 41, Huntelar 59

"Milan" (İtaliya) - "Anderlext" (Belçika) 0:0

"Malaqa" (İspaniya) - "Zenit" (Rusiya) 3:0

Qollar: İsco 3; 76, Saviola 13

"Borusiya" (Dortmund, Almaniya) - "Ayaks" (Hollandiya) 1:0

Qol: Levandovski 87

"Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə) 3:2

Qollar: Marselo 76, Benzema 87, Ronaldo 90 Dzeko 69, Kolarov 85

Qeyd edək ki, E, F, G və H qrupunun oyunları sabah keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail