“Xəzər Lənkəran” və “İnter”in həsrət qaldığı hakim “Neftçi”nin oyununda

17.09.2012 | 4610 dəfə oxunub

Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Partizan” - “Neftçi” oyununu Çexiyadan olan Libor Kovarik idarə edəcək. Stadium.az xəbər verir ki, Kovarik 1976-cı il fevralın 23-də anadan olub. 2006-cı il yanvarın 1-dən FİFA referisi statusunu daşıyır. Praqada yaşayan 36 yaşlı ədalət qoruyucusu doğma dili ilə yanaşı alman və ingilis dillərini də bilir. İxtisasca maliyyə analitiki olan Kovarikin hobbisi idmanla yanaşı kino və müasir memarlıqdır.

UEFA-nın birinci kateqoriyalı hakimləri sırasına daxil olan Kovarik Çexiya çempionatında 2006-cı ildən hakimlik edir. 36 yaşlı referi geridə qalan 7 mövsüm ərzində “Gambrinus Liqa”da 119 görüş idarə edib. Bu matçlarda 539 dəfə sarı vərəqə göstərən hakim 31 halda da futbolçuları meydandan qovub.

İntertoto kuboku, UEFA kuboku, Avroliqa və Çempionlar Liqasının matçlarına təyinat alan Kovarik U-17, U-19, U-21 və əsas millilərin də görüşün idarə edib.

Cari mövsümdə “Partizan” - “Neftçi” matçı onun Avroliqa çərçivəsində idarə edəcəyi sayca dördüncü matç olacaq. Buna qədər təcrübəli referi ikinci mərhələdə “Skonto” - “Hayduk”, üçüncü turda “Lex” - AİK və play-offda “Maritimu” - “Dila” görüşlərində fit çalıb. Maraqlıdır ki, çex hakim buna qədər əvvəlki mərhələlərdə də təmsilçilərimizin oyunlarına təyinat ala bilərdi. Çünki onun AİK-lə görüşünü idarə etdiyi “Lex” bir tur əvvəl məhz “Xəzər Lənkəran”ı Avroliqada uzaqlaşdırıb. Cənub klubu Poznan təmsilçisini keçsəydi, məhz çexiyalı hakim Lənkəran klubunun oyununu idarə edəcəkdi. Eyni sözləri “İnter” haqda da demək olar. Çünki “Maritimu” üçüncü mərhələdə “İnter”i penaltilərlə mübarizədən kənarlaşdıran “Asteras”ın qənimi olub.

Buna qədər həmyerlilərimizin görüşünə təyinat almayan Kovarikin yolu serblərlə də kəsişməyib. Əvəzində çex hakimin yolu Türkiyə millisi və klubları ilə kəsişib. 1 il əvvəl onun idarə etdiyi görüşdə “Bursaspor” “Anderlext”ə 1:2 hesabı ilə uduzduğu halda, “Qalatasaray” 3 il əvvəl “Tobol”lə 1:1 bərabərə qalıb. 4 il əvvəl 17 yaşlıların Avropa çempionatının qrup matçında Kovarikin idarə etdiyi görüşdə Türkiyə millisi Hollandiyaya dərs keçib - 3:0. Həmin yarışın finalını idarə edən çex referi eləcə də BATE - “Linfild” (2:0), HİK - “Dinamo” (Zaqreb) (1:2), “Sibir” - “Apollon” (1:0), “Sampdoriya” - “Debretsen” (1:0), “Zenit” - “Hayduk” (2:0), “Mançestr Siti” - “Zalsburq” (3:0) və digər tanınmış klubların oyunlarını idarə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail