AFFA prezidenti “Neftçi”ni təbrik etdi

17.09.2012 | 3461 dəfə oxunub

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev assosiasiyanın inzibati binasında UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə "Neftçi" klubunun kollektivini qəbul edib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Rövnəq Abdullayev "Neftçi"nin bu nailiyyətini Azərbaycan futbol tarixinin ən böyük uğurlarından biri kimi qiymətləndirib: "UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağınız münasibətilə sizi Respublika Prezidenti cənab İlham Əliyevin adından təbrik edirəm. Bu uğuru qazanmaqla "Neftçi" ölkəmizin futbol tarixində yeni bir səhifə açdı. Ümid edirəm ki, Avropa Liqasının qrup mərhələsində də əzmkar mübarizə aparmaqla "Neftçi" bizi sevindirməkdə davam edəcək. Artıq 5 gündən sonra Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaqsınız. Hər birinizə məlumdur ki, ilk oyunun nəticəsi çox əhəmiyyətlidir. Ümidvaram ki, bu oyunda müsbət nəticə əldə etməklə özünəinam hissinizi də gücləndirəcək və gələcək uğurların əsasını qoyacaqsınız".

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev çıxış edərək bu nailiyyətin qazanılmasında "Neftçi"nin hər bir üzvünün payı olduğu kimi, futbolun inkişafı məqsədilə AFFA-nın müəyyənləşdirdiyi strategiyanın da böyük rol oynadığını bildirib və komandaya verdiyi dəstəyə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

"Neftçi" Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqov kluba göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, "Neftçi"nin UEFA Avropa Liqasında keçirəcəyi oyunlar üçün hazırlanmış və üzərində "Rövnəq Abdullayev" yazılmış 75 nömrəli formanı AFFA prezidentinə hədiyyə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail