Mehriban Əliyeva Binə stadionun açılışında iştirak edib

14.09.2012 | 4520 dəfə oxunub


Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmiş yeni stadion sentyabrın 13-də istifadəyə verilib. Stadium.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva açılış mərasimində iştirak edib. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub. Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verildi ki, süni ot örtüklü stadionda 600 tamaşaçı yeri, oyunları geniş formatda nümayiş etdirən monitor, hakim və həkim otaqları vardır. Bildirilmişdir ki, yaxın günlərdə Bakıda 17 yaşlı qadınlar arasında keçiriləcək futbol üzrə Dünya Çempionatının iştirakçı komandaları məhz bu stadionda məşq edəcəklər. Dünya Çempionatından sonra burada Azərbaycanın birinci divizionunun komandalarınını oyunları keçiriləcəkdir.

Azərbaycanın 17 yaşlı qadınlardan ibarət milli komandasının heyəti ilə görüşən Mehriban xanım Əliyeva onlarla səmimi söhbət etdi.

Azərbaycanın birinci xanımına millimizin rəsmi köynəyi hədiyyə olundu.

Heydər Əliyev Fondunun prezidenti milli komandamızın oynayacağı topun üzərinə uğur imzası atdı.

Heydər Əliyev Fondunun prezidenti futbolçu qadınlarla xatirə şəkli çəkdirdi.

Meydançada Dünya Çempionatının kubokuna baxan Mehriban xanım Əliyevaya məlumat verildi ki, bu kubok qalib gələn komandaya verilir və növbəti qalibədək həmin ölkədə saxlanılır.

Azərbaycanın birinci xanımı futbolçularımıza qarşıdan gələn çempionatda uğurlar arzuladı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail