26-cı ”Böyük oyun”

14.09.2012 | 5042 dəfə oxunub


Həftəsonu keçiriləcək Azərbaycan Premyer Liqasının V turu “Böyük oyun”la əlamətdar olacaq. Stadium.az Lənkəran klubunun rəsmi internet saytın aistinadən xəbər verir ki, Azərbaycanda ən çox sevilən klublardan olan “Xəzər Lənkəran” və “Neftçi” növbəti – 26-cı dəfə üz-üzə gələcək. Bu görüşədək 2004-cü ildə yaranan komandamız 25 dəfə “ağ-qaralar”la qarşılaşıb.
 
Sentyabrın 15-dəki matçadək “Neftçi” ilə “Xəzər Lənkəran” 23 çempionat və 2 kubok qarşılaşmasında prinsipial matça çıxıb. 26-cı oyun ərəfəsində ümumi balansda tarazlıq hökm sürür. Daha çox heç-heçənin – 11 dəfə qeydə alındığı duellərdə “Neftçi” də, “Xəzər Lənkəran” da 7 qələbə qazanıb. Bakılıların 25 qoluna Lənkəran təmsilçisi 22 dəfə cavab verib.
 
Çempionatda isə paytaxt təmsilçisi cüzi üstünlüyə malikdir. Lənkəran komandası 6 dəfə qalib gəldiyi rəqibinə 7 dəfə uduzub. Daha 10 heç-heçənin olduğu Premyer Liqa matçlarında top fərqi “Neftçi”nin tərəfindədir - 21:17. Bakıdakı görüşlərdə 4 dəfə “Neftçi”, 2 dəfə “Xəzər Lənkəran” qalib gəlibsə, 5 dəfə heç-heçə qeydə alınıb.
 
* “Xəzər Lənkəran”ın 96 futbolçusu “Neftçi”yə qarşı oynayıb.
* 96 futbolçudan 16-sı həm çempionat, həm kubokda bu həyəcanı yaşayıb. Digər 80 oyunçu yalnız 1 yarışda “Böyük oyun”un iştirakçısı olub.
* Alim Qurbanov hamıdan çox – 8 mövsümdə “Böyük oyun”da iştirak edib. O, 2004/05 mövsümündən başlayan rəqabətin hər mövsümündə heç olmasa 1 matçda “Neftçi”yə qarşı oynayıb. Rahid Əmirquliyev 6 mövsümdə bu duellərin həyəcanını yaşayıb.
* Lakin Rahid Əmirquliyev hamıdan çox – 19 dəfə “Neftçi”yə qarşı oynayıb. Bu dəfə o, yubiley – 20-ci dəfə “Böyük oyun”da oynayacaq. Kamran Ağayev – 15, Alim Qurbanov – 12, Radomir Todorov 11, Rəşad Abdullayev, həmçinin Emeka Opara hərəyə 10 “Böyük oyun”a “ağ-yaşıl” formada çıxıb.
* 31 futbolçu isə cəmi 1 qarşılaşmada komandaya kömək edib.
* Rahidlə Kamran “Böyük oyun”larda 1000-dən artıq dəqiqə keçirib. Əmirquliyev 1370, Ağayev isə 1350 dəqiqə ərzində bu həyəcanı yaşayıb. 975 dəqiqəsi olan Radomir Todorov 1000-i bu matçda keçə bilər.
* “Xəzər Lənkəran”ın “Neftçi”nin qapısına vurduğu 22 qola 17 futbolçumuz imza atıb. Daha bir dəfə rəqib avtoqola üzülüb.
* “Xəzər Lənkəran”ın heyətində Julius Vobay hamıdan çox – 3 dəfə “indi oynadığı “Neftçi”ni məyus edib. Uinston Parks, Zaur Ramazanov və Rəşad Abdullayev isə hərəyə 2 dəfə “ağ-qaralar”ı qolla məyus edib. Rahid Əmirquliyev, Andrey Mureşan, Alim Qurbanov, Adrian Skarlatake, İvan Svetkov, Mahmud Qurbanov, İlqar Qurbanov, Oqtay Dərəlioğlu, Rikardo Qomeş, Xaqani Məmmədov, Ceyhun Sultanov, Əhməd Dursun və Alexandro Ruiz 1 dəfə fərqlənib.
* “Böyük oyun”larda “Xəzər Lənkəran”ın 40 futbolçusu vərəqə ilə cəzalanıb. Onlar ümumilikdə 63 dəfə qarşısında vərəqə görüb. Emin Quliyev və Elnur Allahverdiyev hamıdan çox – 4, Oqtay Dərəlioğlu və Elnur Abdullayev 3 dəfə cəzalanıblar.
* Komanda “Böyük oyun”larda 2 dəfə qırmızı vərəqə ilə cəzalanıb. 2007/08 mövsümündə I dövrənin Lənkərandakı görüşünün 88-ci dəqiqəsində Emin Quliyev meydandan qovulub. 2009/10 mövsümündə final mərhələsinin I dövrəsinin yenə Lənkərandakı görüşündə isə qırmızı vərəqə Ruslan Poladova göstərilib. Lakin o meydandan deyil, texniki zonadan qovulub. Çünki o, qırmızı vərəqəni ehtiyatda oturaraq alıb.
* 26-cı dəfə “Neftçi” ilə görüşəcək komandamızı əvvəlki 25 matça 7 baş məşqçi çıxarıb. Ardıcıl 3-cü dəfə “Böyük oyun”un iştirakçısı olacaq Yunis Hüseynov əvvəlki 2 dueldən məğlubedilməz ayrılıb.
 
“Xəzər Lənkəran”ın “Böyük oyun”lardakı baş məşqçiləri
Mirça Rednik 8 3 4 1 9-11 13
Ağasəlim Mircavadov 8 2 4 2 3-3 10
Yunis Hüseynov 2 1 1 0 2-1 4
Rasim Kara 4 1 1 2 5-5 4
Viktor Pasulko 1 0 1 0 2-2 1
İqor Ponomaryov 1 0 0 1 1-2 0
Şenol Fidan 1 0 0 1 0-1 0
Cəmi 25 7 11 7 22-25 32
 
“Xəzər Lənkəran” – “Neftçi”: Bütün oyunlar
 
Azərbaycan çempionatı
 
2004/05 mövsümü
 
08.12.2004. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev
 
11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov
 
“Qızıl oyun”
 
10.06.2005 “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov
 
2005/06 mövsümü
 
18.12.2005. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev
 
30.05.2006. “Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov
 
2006/07 mövsümü
 
11.08.2006. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov
 
16.02.2007. “Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets
 
2007/08 mövsümü
 
10.11.2007. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya
 
11.05.2008. “Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev
 
2008/09 mövsümü
 
19.10.2008. “Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev
 
12.04.2009. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun
 
2009/10 mövsümü
 
İlkin mərhələ
08.11.2009. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
 
17.02.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
 
Final mərhələsi
27.03.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
 
01.05.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
 
2010/11 mövsümü
 
İlkin mərhələ
25.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz
 
13.02.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
 
Azərbaycan kuboku, 1/4 final
 
03.03.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavio Aleks Valensio (2), Slavko Georgiyevski - Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan
 
08.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks - Flavio Aleks Valensio
 
Azərbaycan çempionatı
Final mərhələsi
 
18.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Julius Vobay - Rodriqo Sezar Kastro
 
18.05.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev - Julius Vobay
 
2011/12 mövsümü
 
İlkin mərhələ
10.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Ruslan Abışov - öz qapısına
 
06.11.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 5:0
Flavio Aleks Valensio, 19; 33; Bahodir Nasimov, 68; 80; Fərid Quliyev, 90+1
 
Final mərhələsi
 
24.03.2012. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Ruslan Abışov, 26 - Rahid Əmirquliyev, 55
 
22.04.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Rikardo Qomeş, 52



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail