"Qəbələ" "İstanbul nəhəngləri"nə qarşı
Aşağı yaş qruplarının futbol bacarıqlarının və təcrübələrinin artırılması məqsədilə mütəmadi olaraq ölkə xaricində təlim-məşq toplanışları keçirən “Qəbələ” Futbol Akademiyası 2012-2013 mövsümünün ilk səfərini reallaşdırmağa hazırlaşır. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, 16 yaşa qədər futbolçulardan ibarət komandanın iştirakı ilə baş tutacaq sözügedən səfərin ünvanı İstanbul olacaq. Məkanın İstanbul olması isə heç də təsadüfi deyil. “Qalatasaray”la işgüzar münasibətlərə malik “Qəbələ”nin İstanbulun digər köklü klubları - “Beşiktaş” və “Fənərbağça” ilə əlaqələrinin yaradılması və akademiya sahəsində işbirliyinin qurulması səfərin başlıca səbəblərindəndir.
Sentyabrın 23-dən 30-dək davam edəcək təlim-məşq prosesi zamanı “Qəbələ” İstanbul nəhənglərinin U-16 komandaları ilə üz-üzə gələcək. Sentyabrın 24-də reallaşacaq ilk matçda təmsilçimiz Fulya Təsislərində “Beşiktaş”la münasibətlərinə aydınlıq gətirəcək. İkinci matçda - sentyabrın 26-da komandamız Dərəağzı Təsislərində “Fənərbağça” ilə qarşılaşacaq. Sentyabrın 27-də “Qəbələ” fərqli ünvanda - Nevzat Demir Təsislərində yenidən “Beşiktaş”la qüvvəsini sınayacaq. Son yoxlama oyununda isə “Qəbələ”nin rəqibi “Qalatasaray” olacaq. Matç sentyabrın 28-də Florya Metin Oktay Təsislərində baş tutacaq.
Səfər müddətində komandamızın üzvləri Türkiyə Superliqasının 2 matçını - “Qalatasaray”-“Akhisar Belediyespor” və “Beşiktaş”-“Sivasspor” qarşılaşmalarını izləyəcəklər. Bundan əlavə, “Qəbələ”nin Türkiyənin U-14 - U-18 yaş qrupları üzrə keçirilən “Coca-Cola”Akademiya Liqalarını izləməsi planlaşdırılır. Sözügedən addımı atmaqda məqsəd futbolçularımızın xaricdə top qovan həmyaşıdlarının ustalıq səviyyəsi və futbol bacarığı ilə əyani tanışlığının təmin edilməsidir.
“Qəbələ” İstanbula aşağıdakı futbolçu heyəti ilə yollanacaq:
Qapıçı: Turxan Həsənov, Yusif Şirinov
Müdafiəçilər: Sahil Mirzəyev, Bəhlul Mustafazadə, Həsənağa İsmayılov, Ayxan Əsədov, Mirəli Məmmədzadə, Orxan Mehrəlizadə, Çingiz Hüseynov, Heydər Babayev.
Yarımmüdafiəçilər: Samir Musayev, Emin Zamanov, Yusif Nəbiyev, Əli Səmədov, Elnur Xəlilov, Tural Məmmərzayev, Fərid Əsədli.
Hücumçular: Roman Hüseynov, Viqar Əlibabayev, Ülvi İskəndərov, Coşqun Süleymanov, İsaməddin Rəsullu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |