Poştiqa: “Azərbaycana qol vuracağıma söz vermirəm”

11.09.2012 | 4523 dəfə oxunub


Dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Braqada Azərbaycan millisinin qəbul edəcək Portuqaliya yığmasının hücumçusu Elder Poştiqa yerli mətbuata müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Komandanızı Azərbaycanla oyuna hazır saymaq olar?

- Deyərdim ki, hə. Dünən axşam məşqi ilə hazırlığı yekunlaşdırdıq. Düşərgədə əhval-ruhiyyə də çox yaxşıdır. Əsas odur ki, heyət sağlamdı. Düzdür, Pepenin müəyyən problemləri qalmaqdadır, amma inanıram ki, oyun saatına kimi o da tam qaydasına düşəcək.

- Rəqib haqqında yetərincə məlumat toplaya bilmisiniz?

- Azərbaycan yaxşı komandadır. İlk turda İsraillə heç heçə oynayıblar. Hətta eşitdiyimə görə, qalib də gələ bilərdilər. Sadəcə, sona yaxın əldə etdikləri imkanlardan istifadə edə bilməyiblər. Ümumiyyətlə, indi zəif komanda yoxdur. Biz özümüz də Lüksemburqla oyunda bunun şahidi olduq.

- Rəqibə qarşı hansı taktika ilə oynamaq daha düzgün olardı?

- Taktikanı baş məşqçi müəyyənləşdirir. İnanıram ki, Bentu ən düzgün olan taktikanı seçəcək. Ümumilikdə isə, evdə oynadığımızdan təbii ki, hücumda oynamalıyıq.

- Bentu 4-4-3 taktiki sxemi ilə oynayacağınızı deyib...

- Gördüyünüz kimi, hücumda oynayacağıq.

- Matçın Braqaya təyin olunması haqda nə deyə bilərsən?

- Braqa yaxşı şəhərdi. Buranın gözəl komandası və stadionu var. Son illər klubu da xeyli inkişaf edib. Bir sözlə, bu şəhəri futbolşəhəri adlandırmaq olar və əminəm ki, oyun günü tribunalar tam dolu olacaq.

- Qol vuracağına söz verirsən?

- Yox, söz vermirəm. Amma söz verirəm ki, əlimə imkan düşsə, qaçırmayacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail