"Bakı"nın oynçuları milli komandalarda

11.09.2012 | 4402 dəfə oxunub


Sentyabrın 7-də 2014-cü il DÇ seçmə mərhələsinin ilk oyunları keçirilib. Stadium.az "Bakı"nın rəsmi internet saytın aistinadən xəbər verir ki, klubun bir neçə üzvü milli komandalarının düşərgələrinə dəvət alıblar.

“Bakı” futbol klubunun müdafiəçisi Deniss İvanovs və hücumçu Maris Verpakovskis Latviya komandasının Yunanıstan millisi ilə ev oyununda əsas heyətində meydana çıxıb. Oyun 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Denis meydanda 90 dəqiqə keçirib, Maris isə oyuna 75-ci dəqiqədə daxil olub. 

Komandanın yarımmüdafiəçisi Deyvidas Çesnauskis Litva komandasının slovakiyalılara qarşi oyununda 67-ci dəqiqədə oyuna qoşulub. Oyun1:1 hesabı ilə başa çatıb. 

Bir gün öncə (6 sentyabr 2012) gənclərdən ibarət Azərbaycan milli komandası U-21 AVRO-2013 seçmə mərhələsi çərçivəsində evdə futbolun yaradıcıları olan ingilisləri qəbul edib. “Bakı”nin müdafiəçisi Novruz Məmmədov qarşılaşmaya əsas heyətdə çıxıb və 81 dəqiqə meydanda keçirmişdir. Oyun 2:0 hesabı ilə İngiltərə millisinin xeyrinə başa çatıb. 

Sentyabrın 8-də “Bakı” futbol klubunun müdafiəçisi İbrahim Karqbo Afrika Millətlər Kuboku çərçivəsində keçirilən Syerra-Leone-Tunis qarşılaşmasında iştirak edib. Tunisə qarşı oyununda İbrahim əvəzolunmadan 90 dəqiqə oynayıb. Oyun 2:2 hesabı ilə başa çatıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail