"Böyükağa Hacıyev, Coko Hacıyevski arada əvəzedicilərin qapısını döysə də, bu jest olaraq qalırdı"

11.09.2012 | 10790 dəfə oxunub

"Bakı"nın müdafiəçisi Şəhriyar Əliyev klubun rəsmi dərgisi olan "Toplu Bakı"ya müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir: 

“Şanslı insanam”

Şəhriyar Əliyev 1992-ci ildə Bakıda, Bakıxanov qəsəbəsində doğulub. Uşaqlıqdan futbola həvəsi olan Şəhriyar məhəllədə böyük qardaşları ilə oynamağa başladı. Bu işdə ona  atası Abış kişi kömək edir. O 2000-ci ildə oğlunu evlərinin yaxınlığındakı İsmət Qayıbov adına stadiona, əməkdar məşqçi Fazil Abbasovun yanına gətirərək məşqlərə yazdırır. Bir müddət sonra Fazil müəllimdən Şəhriyarın xoş xəbərlərini alan ata dörd ildən sonra onun daha yüksək nailiyyətlər qazanması üçün Kazbek Tuayevin futbol məktəbinə yazdırır. Burada  məşqçi Bəhmən Həsənovun yanında Bakı birinciliyində çıxış edən Şako orada Qarabağın  məşqçilərinin diqqətini çəkir. 2006-cı  Qarabağın 17 yaşadək futbolçulardan ibarət komandasında oynayan müdafiəçi Bakıya bu klubdan gəlib: 


“Bakı”nın inzibatçısı Astan müəllimin vasitəsi ilə Bakıya gəldim. O vaxt əvəzediciləri Nazim Süleymanov çalışdırırdı. Baxışdan uğurla keçəndən sonra mənimlə müqavilə bağladılar”. Burada işləri yaxşı gedən Əliyev əsas heyətdə futbol oynamağa başlayır.  Hər bir gənc futbolçunun üzləşdyi problem qarşıda Şəhriyarı da gözləyirdi. 

“Görəsən, böyük futbola düşə biləcəyəmmi" sualıyla qovrulan Bakılı  bir çox istedadlı gənclər kimi yaşının çox olmasına görə  əvəzedicilərin çempionatından kənarlaşdırılaraq itib-batmaqdan qorxurdu. Çünki ölkəmizdə 18-19 yaşlı futbolçular arasında çempionat keçirilmir. Bu yaşa çatan futbolçuların bəziləri əsas heyətə, bir qismi I divizyona, digər qismi isə başqa sahələrə üz tutur. Son iki ildə Bakı klubunun gənc futbolçulara dəstək verməsi Şəhriyarın da üzünü güldürdü. Çünki son ümidlərlə əvəzedicilərdə çıxış edən  müdafiəçi taleyin bu səxavətini gözləmirdi: “Məşqçilər mənim ötən mövsümün  əvəzediicilərdə son olacağınlı bildirmişdi. Bu əsas komandaya düşmək üçün son şanslarım idi. Aleksandr Starkov tez-tez oyunlarımıza baxmağa gəlirdi. Yaxşı başa düşürdüm ki, onun diqqətini çəkməsəm, hər şey bitə bilər. Çox şanslı insanam.  Sevinirəm ki, hər şey istədiyim kimi oldu. Qəhrəman Əliyev də barəmdə  Starkovla danışdı. Klub rəhbərliyinin də gənclər barədə siyasəti işimə yaradı. Və məni əsas komandaya gətirdilər”.

“Starkov mənə çox kömək edib” 

Aleksandr Starkovun bəzi gənc futbolçular üçün yaşıl işıq yandırması onun Bakıda gördüyü ən təqdirəlayiq işlərdən biri idi. Düzdür, ona qədər  Böyükağa Hacıyev, Coko Hacıyevski ara-sıra əvəzedicilərin qapısını  döysə də bu çox vaxt jest olaraq qalırdı. Yəni bu uşaqların çoxu ya əsas komandada məşq edir, ya da hansısa lazımsız oyunda meydana çıxmaqla məşqçinin gənclərlə bağlı müsbət fikirdə olmasını isbat edirdi. Starkov isə həmkarlarından cəsarətli çıxaraq ilk onbirlikdə gəncləri oynatmaqdan çəkinmədi. Bəzi oyunlarda bu ona baha başa gəlsə də, o gənclər üçün bunu etdi. Şəhriyar Starkovu belə xatırlayır: “İlk dəfə onun rəhbərliyi ilə əsas komandada məşqlərə başladım. Starkov mənə çox kömək edib. O gənclərə sözün həqiqi mənasında inanırdı. Çoxlarınn gözləmədiyi halda Rəhmanı, Aqili, Nurlanı  məni risk edib oynadırdı”.

“İbrahim, Cəmşid və Denisdən çox şey öyrənmişəm” 

Şəhriyar ilk dəfə Premyer liqada oynamaq üçün 4 ay gözləməli oldu. 26 noyabr 2011-ci il Şəhriyarın karyerasında ən yaddaqalan hadisələrdən biri yaşandı. O,   əsas heyətin üzvü təcrübəli Elvin Əliyevin zədələnməsi ilə əsas heyətdə meydana çıxdı. Evdə  Turanı qəbul edən Bakının ilk 11-də 25 nömrəli futbolkada meydana çıxan  Şako debut oyununu belə xatırlayır: “ Həmin gün çox həyəcanlı idim. Əsas heyətdə oynayacağımı deyəndə əvvəlcə sevincımın hədd-hüdudu yox idi. Çünki, “Bakı” kimi komandanın formasını geyinmək şərəfdir. Müdafiədə təcrübəli adlarla bir yerdə oynamaq isə bir başqa hisslər doğururdu. İbrahim Cəmşid və İvanovs mənə  dəstək oldular. Bu futbolçulardan çox  şey öyrənmişəm. 

“Ən böyük arzum milli komandanın formasını geyinməkdir”
 

Bakının əsas heyətinə düşən Şako buradan milli komandanın məşqçilərinin də diqqətini cəlb edir. 21 yaşadək milliyə çağrılsa da, Bernhard Lippert futbolçunu təlim-məşq toplanışından sonra oynatmadı. Şəhriyar bunu belə izah edir: “U-21 təlim-məşq toplanışında iştirak etdim. Bundan sonra rəsmi oyunlarda iştirak edəcəyimi gözləyirdim. Lakin bu baş vermədi. Buna görə özümü günahkar sayıram. Görünür, məşqçilərin etimadını qazana bilmədim. Ruhdan düşmürəm. Yenə dəvət gözləyirəm. Çünki,  milli komandanın formasını geyinmək  arzumdur. Milliyə layiq olduğumu sübut edəcəyəm”.

“Gənclərə daha da önəm versələr, yaxşı olar” 

Bakının əsas heyətində klubun yetirməsi olan 8 gənc futbolçu var. Onların əksəriyyəti müxtəlif yaş qrupları üzrə millilərdə oynayır. Şəhriyar klubda gənclərə yaradılan şəraitin uğur qazanmaq üçün münasib olduğunu qeyd etdi: “Bizə lazım olan hər şey klubda var. Bandoviç də,  peşəkar məşqçidir. Haqlı olaraq, rəhbərlik futbolçulardan yüksək nailiyyətlər qazanmağı tələb edir. Bakıda yerli futbolçu nəsli yetişir.  Gənclərə daha da önəm versələr, yaxşı olar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail