Böyükağa Hacıyev: "Qrup mərhələsini keçmək komandanın imkanı daxilindədir" - MÜSAHİBƏ

10.09.2012 | 6383 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin müsahibəsi: 

– İlk sualım bir az qeyri-etik səslənə bilər, amma bu, əksəriyyəti maraqlandırır. Nədən əməliyyat olunduz və hazırda vəziyyətiniz necədir?
 
– Gərgin iş rejimi, əsəb, narahatlıq özünü göstərməyə bilməzdi. Mənim beynimdə problem yarandı. Narahatlıq Avstriyada təlim-məşq toplanışında özünü daha qabarıq göstərməyə başladı. Bakıya qayıdandan sonra hiss elədim ki, çətin yeriyirəm. Beləcə, məni xəstəxanaya yerləşdirdilər və qərara alındı ki, əməliyyat Moskvada olsun. Hər şey yaxşılıqla yekunlaşdı və mən Moskvadakı, Bakıdakı həkimlərə, həmçinin “Neftçi” komandasının bütün heyətinə təşəkkür edirəm.
 
– Belə ağır əməliyyatlardan sonra həkimlər bir müddət işləməyə icazə vermirlər, amma Sizə fərqli yanaşıldı. Buna nə səbəb oldu?
 
– Mən komandanı “Zestafoni” ilə oyuna hazırlamışdım və Gürcüstan təmsilçisini çox asan keçdik. Kryat-Şmon “Hapoel”i ilə ilk oyun günündə isə mən Moskvada əməliyyat olunurdum. Əməliyyatdan sonra həkimlərin ciddi etirazına baxmayaraq oyunun videoyazısına baxdım. Oyunun 35-ci dəqiqəsindən “Neftçi”ni tanımadım. Bakıdakı oyunu da izlədim, narahatlığım daha da artdı və qərara aldım ki, komandaya, işimə mümkün qədər tez qayıdım. Halbuki, həkimlər mənə ən tezi sentyabrın 2-də işə çıxmağa icazə vermişdilər. Mən bunu hamıdan, elə klub prezidentindən də gizlətdim və yalan danışdım.
 
– “Hapoel”lə səfər oyunundan sonra 3 futbolçu heyətdən kənarlaşdırıldı. Amma Siz Mitreskini geri qaytardınız. Niyə məhz İqoru?
 
– Mən heç vaxt rəhbərliyin qərarına müdaxilə etmərəm. Ancaq avrokuboklarda iki gənc mərkəz müdafiəçisi ilə oynamaq düzgün olmazdı, zəngin təcrübəyə malik futbolçuya ehtiyac açıq-aşkar idi. APOEL-lə qarşılaşmalar göstərdi ki, biz doğru qərar vermişik.
 
– Püşkdən sonrakı iddialı bəyanatlarınız birmənalı qarşılanmır. Bu dərəcədə özünəinam haradandır?
 
– Artıq iki dəfə əzrail qapımı döyüb, yəni ölümlə üz-üzə olmuşam. Amma bilirəm ki, bunlar müvəqqətidir, indi sol gözüm açılmağa başlayır, səsim də həmçinin. Zənnimcə, təhlükə qaldı geridə. Demək istədiyim odur ki, elə ümidsiz anlarda özümə inamımı itirmədim. İşdə də, həyatda da heç nəyə təsadüfən nail olmamışam. Əgər bir məşqçi kimi özümə inanmasam, futbolçu da mənə inanmaz. Mətbuat konfranslarında çoxlarını təəccübləndirən çıxışlarım da məhz bu hisslərdən qaynaqlanır.
 
– Deməli, azarkeşlər də “Neftçi”nin qrupdan çıxacağına inanmalıdırlar...
– Məqsədə çatmaq üçün daim üzərimdə işləmişəm, indi də işləyirəm, çoxlu mütaliə edirəm. Futbol oyun deyil, bir elmdir. Çalışacağıq ki, azarkeşləri sevindirək. Bütün transferlər mənim istəyimlə reallaşıb. Bizim əsas hədəfimiz güclü futbolçular gətirmək deyildi, güclü və mübariz komanda yaratmaq idi. Düşünürəm ki, qrup rəqiblərimizə çox çətin anlar yaşadacağıq.
 
– Komandaya yeni futbolçuların dəvət olunması prosesi davam etdiriləcəkmi?
– Xeyr, komanda artıq tam komplektləşib. İxtiyarımda 28 futbolçu var, bu kifayətdir. Ehtiyatda isə Mirhüseyn Seyidov, Araz Abdullayev kimi gənclər yetişir.
 
– “Neftçi”də ən çox tənqid olunan futbolçu Rəşad Sadiqovdur. Lakin siz həmişə onu müdafiə edirsiniz. Bu ziddiyyət nə ilə bağlıdır?
 
– Rəşad Sadiqovu haqsız tənqid edirlər. Onun oynadığı mövqe çox ağırdır, gərək daim hərəkətdə olasan. Bəli, Rəşad kobud səhvlərə yol verə bilər, amma Azərbaycanda onun kimi hiyləgər ötürmələrə malik, rəqib müdafiəsini çaşbaş salan hərəkətlər edən ikinci futbolçu yoxdur.
 
– Qrup mərhələsini keçsəniz bunu möcüzə kimi qarşılayacaqsınız, yoxsa reallıq kimi?
 
Bu, birgə işin layiqli nəticəsi olardı. Bunu etmək çətindir, amma komandanın imkanı daxilindədir. Mən futbolçularımın potensialını bilirəm. Biz çoxlarının düşündüyündən də böyük işlər görməyə qadirik.

Şəmsəddin Abbasov

bakupost.az 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail