Bəhruz Şirəliyev: “Bakı”, “Qarabağ” və “Xəzər Lənkəran”ı məğlub etməyə borcluyuq”

10.09.2012 | 6886 dəfə oxunub

“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyevin müsahibəsi

- Bəhruz müəllim, ilk dörd turda “Rəvan”ın sərgilədiyi oyun və qazandığı nəticələr sizi razı salır?

- Gəlin, məsələyə bir az geniş aspektdən yanaşaq. Çoxları “Rəvan”ı gənc və təcrübəsiz komanda hesab edir. Bu fikirlə hardasa ötən mövsüm razılaşmaq olardı. Belə ki, debüt ilində həqiqətən də bəzi qarşılaşmalardan uğurlu nəticələrlə ayrıla bilməməyimizdə təcrübəsizlik öz sözünü dedi. Artıq heyətimizin əksər üzvləri birlikdə xeyli sayda oyun keçirib, iddialı komandalarıyla oyunlarda lazımi təcrübəni qazanıb. Həm də ölkədən kənarda baş tutan təlim-məşq toplanışlarında bəzi xarici klublarla da yoldaşlıq oyunları keçirmişik. Biz də rəhbərlik olaraq, mövsüm başa çatan kimi keçmişə nəzər salıb, gələcək üçün ciddi planlar qurduq. Yay fasiləsində ölkə xaricində təlim-məşq toplanışının təşkili, yeni legionerlərin cəlb olunması kimi addımlar məhz yeni futbol ilində daha uğurlu nəticə qazanmağa hesablanmışdı. Hər bir insan kimi, biz də çəkdiyimiz əziyyətin, gördüyümüz işin müsbət sonluğunu görmək arzusundayıq. “Rəvan”ın oyunlarını izləyənlər komandamızın özünəməxsus üslubunun olduğunu, futbolçularımızın heç bir rəqibin ad-sanından çəkinmədiyini bilirlər. Bu mənada yeni mövsümdə hələki qələbə sevincini yaşamamağımız bizi razı sala bilməz.

- Qarşılaşdığınız rəqiblərin sırasına diqqət yetirəndə, “Qarabağ”, “Xəzər Lənkəran” kimi rəqiblərə uduzmadığınızı görürük. Sizcə, belə rəqiblərlə oyunda 1 xal qazanmaq yaxşı nəticə deyil?

- Hər bir rəqibə hörmətlə yanaşırıq. Adlarını sadaladığınız komandalar Azərbaycan futbolunda özünəməxsus yeri olanlardı. Amma “Rəvan”ın ambisayaları, yaradılan şərait bizdən hər bir rəqiblə oyunda  qələbə qazanmağı, ən azından buna çalışmağı tələb edir. Biz debüt ilində də “Xəzər Lənkəran”la hər iki qarşılaşmadan heç-heçəylə ayrılmışdıq, “Qarabağ”dan xal almışdıq. Eləcə də “Bakı”dan. Axı həmin nəticələri təkrarlamağı özümüz üçün uğur hesab etmirik. Üstəlik, çempionatın reqlamentini də unutmaq olmaz. Startda qazanılan, yaxud itirilən xalların əhəmiyyəti çox böyükdü. Əgər qarşımıza ilk “6-lıq”da yer alıb, mükafatlar uğrunda mübarizə aparmağı məqsəd kimi qoymuşuqsa, bu yolda əsas rəqiblərimizi məğlub etməyə də borcluyuq.

- Deməli, Cevat Gülərin istefa göndərilməsinin əsas səbəbi komandanın qələbə qazana bilməməsidi?

- Bəli, biz Cevat bəyi baş məşqçi postuna gətirəndə onun qarşısına konkret tələblər qoymuşduq. Yay fasiləsində hazırlıq prosesi çalışdırıcının hazırladığı plan üzrə gerçəkləşdi. Onun bəyənib, seçdiyi futbolçuları transfer etdik. «Xəzər Lənkəran» və «Bakı» ilə oyunlarda hesabı açsaq da, sona yaxın qələbə hesabını əldən verdik. Təəssüf ki, keçən lki ilə bu mövsümün ilk turlarını müqayəsə etdikdə, “Rəvan”ın oyun üslubunda heç də müsbət sayılmayan dəyişikliklərin olduğunu görürük. Ola bilsin ki, komanda üzvlərində özünəinam hissinin yetərsizliyiı qələbə qazanmağımıza əngəl oldu. Görünür, rəqibləri gözümüzdə həddindən artıq böyütmüşük, futbolçularımız onları məğlub etməyin mümkünlüyünə inana bilməyiblər. Bəzi epizodlarda futbolçular sanki son nöqtəni qoymağa cəsarət etmirdi. Bütün bu məqamları Cevat bəylə oturub müzakirə etdik, fikirlərimizi ona çatdırdıq.

- Türkiyəli mütəxəssisin qəfil gedişi mətbuatda gözlənilən reaksiyanı doğurmadı, hətta klub tənqid olundu. Hər dəfə Bəhmən Həsənovun boşalan baş məşqçi postuna gətirilməsi də birmənalı qarşılanmır.

- Çox maraqlı məqama toxunduz. Bu mövzu ətrafında süni ajiotaj yaradırlar. Bizim jurnalistlərə çox böyük hörmətimiz var, onların fikirlərinə diqqətlə yanaşırıq. Təəssüf ki, bizi tənqid edənlər arasında elələri var, bir dəfə də olsun “Rəvan”ın oyunlarını canlı izləməyib, amma haqsız mühakimə yürüdür. Cevat Gülərlə oturub, müzakirə apardıq, dostcasına yollarımızı ayırdıq. Təkcə o deyil, indiyə qədər “Rəvan”dan ayrılan istər məşqçi, istərsə də futbolçular bizdən narazı getməyib. Sadəcə, klubun mənafeyi nəyi tələb edirsə, həmin addımı atmağa borcluyuq. Gülər uğur qazanmaq üçün zamana ehtiyacı olduğunu dedi. Biz də həmin zamanın yerli mütəxəssis, illərdi komandanln içində olduğu üçün heyət üzvlərini daha yaxşı tanıyan Bəhmən müəllimə verməyi daha doğru addım saydıq. Bu mənada mətbuatın komandamıza, xüsusən Bəhmən Həsənova qarşı təzyiqlərə əl atmasını, xoşagəlməz söz-söhbətlər yaratmasını düzgün hesab eləmirəm. Yerli mütəxəssisə dəstək vermək əvəzinə, ona qarşı bu cür davranmaq kökündən yanlışdı. Burda bir məqama diqqət yetirmək lazımdı. Bəhmən müəllim bizim klubun əməkdaşıdı. Baş məşqçi postundan ayrılanda belə, o, fəaliyyətini davam etdirib, komandanın uğuru üçün çalışıb. Cevat Güləri gətirərkən isə onun təcrübəsi sayəsində həm komandaya, həm də Bəhmən Həsənova faydalı olacağına ümid edirdik. Təəssüf ki, ondan istədiyimizi ala bilmədik. Bundan sonra Bəhmən müəllimlə uzunmüddətli əməkdaşlıq edəcəyimizə əmin ola bilərsiz. Onun “Rəvan”ı uğura daşıması üçün lazımi təcrübəsi və bacarığı formalaşıb. Özü də bacarığını meydanda sübut etmək həvəsiylə alışıb-yanır.

- Aydındı ki, Həsənov komandanı hədəfindən uzaqlaşdırmamalı, əksinə, Gülərin bacarmadığını etməlidi.

- Biz ona birmənalı inanırıq. O, bu bir həftənin içərisində komandada nələrisə dəyişməyə nail olub. Buna təkcə növbəti oyuna yox, mövsümün əsas hissəsinə, hədəflərə çatmaq uğrunda mübarizəyə hazırlıq deyərdim. Normal qaydada məşqlərimizi davam etdiririk. Məşqçilərin planına uyğun olaraq, hazırlıq oyunları nəzərdə tutulub. Hamımız inanırıq ki, qələbəsizliyə məhz beşinci turda son qoyub, turnir cədvəlində yuxarılara doğru irəliləməyə başlayacayıq.

- Gülər son günlər mətbuatda klubunuzun sponsorları ilə görüşə bilməməsi haqda rəy verir, puldan danışır. Doğrudanmı onu yalnız pul maraqlandırır?

- Bizim ona hörmətimiz var və belə də davam edəcək. Gülərin kompensasiya istəməsinə gəlincə, onunla Bakıda da görüşə bilərik. «Rəvan»da heç kimin pulu qalmayıb. Nə də ki, kiminsə haqqını yemişik.

- "Rəvan" legioner seçimində nadir hallarda yanılıb. Həsənov isə bu qısa arada daha 2 yeni transferə ehtiyac duyduğunu bildirib. Axtarışlar davam edir?

- Slovakiyalı müdafiəçi Roman Koneçnı artıq bizim futbolçudu. «Transfer pəncərəsi» avqustun 31-də bağlansa da, UEFA-nın qaydalarına görə transfer hüququ özündə olan legioner ala bilərik. Baş məşqçinin istəyinə uyğun hərəkət etməyə çalışırıq.

- “Neftçi”nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması, sizcə, digər klublarımızın məsuliyyətini artırıb?

- Əvvəlcə fürsətdən istifadə edib, “Neftçi”nin rəhbərliyini, futbolçularını, bütün azərkeşləri bu münasibətlə təbrik edirəm, komandaya qrup mərhələsində uğurlar arzulayıram. Bu uğur bizim hamımız üçün ilham mənbəyi, klub futbolumuz üçün təkan rolunu oynayacaq. İnanıram ki, artıq növbəti mövsümdən “Rəvan”, eləcə də digər Azərbaycan klubları bu uğurun davamını gətirəcəklər. Bizim hamımız məhz bu istəklə milli futbolumuzun inkişafına töhvə vermək üçün çalışırıq.

Sport Favorit



  #1   Adınız: VÜQAR;   E-mail: [email protected]

11.09.2012 05:46

Rəvan altılığa düşə bilməyəcək. Bunu Şirəliyev özü də bilir. Bəhmən Həsənov da növbətçi məşqçi kimidir. Ümumiyyətlə o hansı illərdə və hansı klubda futbol oynayıb? Bilən varsa xahiş edirəm yazsın.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail