Ruslan Abışov: “İsrailə vurduğum qolu anama həsr edirəm”
Dünya Çempionatını-2014-ün
seçmə mərhələsində millimizin ilk qolunun müəllifi olan Ruslan Abışov İsraillə
görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.az xəbər verir
ki, Abışov İsraillə matç haqda danışıb, eləcə də Kamran Ağayevə dəstək olub.
- 1:1
hesablı heç-heçədən razı qaldınız?
- Sözün açığı, bu oyunda qələbə qazanmaq istəyirdik,
amma alınmadı. Ümumi götürdükdə, heç-heçəni pis nəticə saymaq düzgün deyil. Matçın
gedişi zamanı hesabda geridə idik. Lakin buna baxmayaraq, məğlubiyyətdən qaça bildik.
- Millimiz
qol buraxdıqdan sonra sanki birdən ayıldı. Nə baş verdi: əvəzetmələr özünü göstərdi,
yoxsa hesabda geri düşməyiniz buna səbəb oldu?
- Əlbəttə, əvəzetmələr də öz sözünü dedi.
Hücumlarımızın kəsəri artdı, bir neçə qol epizodu yaxaladıq. Heyf ki, istifadə
edə bilmədik. Hər şey artıq keçmişdə qaldı, biz qarşıdan gələn Portuqaliya ilə
oyunu düşünməliyik. Bu oyunda layiqli çıxış edərək yaxşı nəticə qazanmalıyıq.
-
Vurduğunuz qolu kimə həsir edirsiniz: səhv buraxıb komandanı məğlub duruma
salan qapıçınız Kamran Ağayevə, yoxsa, əzizlərinizə?
- Qolu anama həsr edirəm. Düzdür, buraxdığımız
qolda Kamranın səhvi oldu, amma Kamran elə vəziyyətdədir ki, biz ona dəstək
olmalıyıq. Mən çox istərdim ki, o “Xəzər Lənkəran”a qayıtsın və yenidən birlikdə
çıxış edək.
-
Sizin fikrinizcə qələbə qolunu vura bilərdikmi?
- Əlbəttə, bu günki oyunda əsas məqsədimiz qələbə
qazanmaq idi. Amma bərabərlik də bizim üçün normal nəticə sayılmalıdı. Çünki
1:0 hesabı ilə geridə idik. Hesabı bərabərləşdirdikdən sonra yaxşı qol
epizodlarımız oldu, əgər onları dəyərləndirsəydik qələb bizim olardı.
- Komanda
növbəti oyuna hazırdırmı? Yorğunluq yoxdur ki?
- Sözsüz ki, bu Azərbaycan futbolunun xəstəliyidir.
Dörd gündə iki oyuna çıxmağa, adətən fiziki cəhətdən çatdırmırıq. Amma artıq
Avropa ilə ayaqlaşmaq lazımdı. Həkimlərimiz bizi bu oyunlara yaxşı
hazırlayıblar. Portuqaliyaya qarşı layiqli futbol oynayıb sərfəli nəticə
qazanmağa çalışacayıq. Hamı bilir ki, onlar bizdəb güclüdülər, amma əlimizdən gələni
edəcəyik ki, sərfəli nəticə qazanaq.
-
Portuqaliyadan qorxmursunuz kı?
- Xeyr heç bir qorxu yoxdur. Heyətində bu qədər
ulduzu olan bir komadaya qarşı oynamaq hər bir futbolçunun arzusudu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |