Foqts Əliyevin onu söyməsi haqda: "Çox sevinirəm ki, futbolçum əvəzlənəndə belə emosional hərəkətlər edir"

07.09.2012 | 6921 dəfə oxunub


Azərbaycan - İsrail oyunundan sonra keçirilən mətbuat konfransında Berti Foqts qarşılaşmanı belə dəyərləndirdi:

- İlk oyun və yeni stadion. Bu oyundan sonra komandamı tərifləməliyəm. Çox təəssüflər olsun ki, biz bu oyunu uda bilmədik. Oyundan əvvəl də demişdim ki, səhv etməsək oyunu udacağıq. İkinci hissədə meydana çıxan futbolçular oyunlarını tapdılar. Sabah səhər bərpa məşqi olacaq, ondan sonra isə oyunu analiz edəcəyik. Müdafiədən hücuma qoşulanda səhvlərə yol veririk, bunun üzərində işləyəcəyik.

- Sizə elə gəlmir start heyətində səhv etmişdiz. Çünki oyun sonradan meydan daxil olan futbolçularla dəyişdi...

- Mən heyəti məşq prosesinə görə təyin edirəm.

- Bizdə müdafiəçilərlə hücumçular arasında bir əlaqələndirici çatmır. Məsələn, bunu Cavid İmam verdiyevlə doldurmaq olar?

- Millidə olmayan futbolçu barədə danışmaq istəmirəm. Bizim oyunumuz sadəcə birinci hissədə alınmadı. Mən Cavidi milliyə dəvət etsəm, onda gərək sistemimi dəyişim.

- Sizcə rəqib bu gün çox zəif oynamadı?

- Sadəcə biz rəqibə oynamaq imkanı vermədik.

- Biz qapıçının səhvindən qol buraxdıq, bu barədə nə düşünürsüz?

- Kamran Ağayev millidə çox yaxşı dayanır. Biz hamımız səhv edə bilərik. Kamran çox yaxşı futbolçudu, o, millimizi bir neçə dəfə xilas edib.

- Cənab Foqts, biz nə vaxt görəcəyik ki, siz ekperimentlərə son qoyacaqsız?

- Maksim bu gün sol cinahda çox yaxşı oynadı. Gökdəmir bu gün müdafiəyəmeyilli oynamalı idi, bunu da çox zəif etdi.

- Rauf Əliyev əvəzlənərkən çox emosianal hərəktlər etdi və sizin ünvanınıza küçə söyüşləri işlətdi. Siz onu bağışlayacaqsız, yoxsa Rauf Əliyevin milli karyerasının üstündən xətt çəkdiz?

- Mən çox sevinirəm ki, futbolçum əvəzlənəndə belə emosional hərəkətlər edir, sözlər işlədir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail