“Bakı”nın prezidenti cari mövsümdəki hədəflərini açıqladı

07.09.2012 | 10293 dəfə oxunub


“Bakı” klubunun rəsmi jurnalı olan “Toplu Bakı”nın növbəti sayı işıq üzü görüb. Stadium.az xəbər verir ki, jurnalın budəfəki sayında klubun prezidenti Hafiz Məmmədov komandanın cari mövsümdəki hədəflərini açıqlayıb: “Cari mövsüm “Bakı”nın hədəfləri dəyişməyib. Həm kubok, həm də çempionluq üçün oynayırıq. Avroliqadakı uğursuz çıxışın arından klubda bir sıra dəyişiklik etdik. Baş məşqçi postu təcrübəli çernoqoriyalı mütəxəssis Bojidar Bandoviçə həvalə edildi. Onun rəhbərliyi ilə qarşıya qoyulan məqsədlərə çatacağımıza inanıram”.

Hafiz Məmmədov klubun transfer siyasətindən də söz açıb: “Bu mövsüm həm legioner, həm də klubun yetişdirdiyi gənclər əsas heyətə cəlb edilib. Ramazan Abbasov, Əziz Quliyev, Edemir Rodriges, Edin Nuraddinoski, Leonardo Beçerra, Venglis Mantsios, George Popxadze ilə yanaşı, Namiq Ələsgərov, Raul Yaqubzadə, Elxan Əhmədov kimi gənclərin əsas heyətə cəlb olunması gələcəyə ümidlə baxmağa əsas verir. Onlar legioner həmkarlarından öyrənməlidirlər”.     



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail