"Böyük Bakı" - 2012 VİDEO

05.09.2012 | 4480 dəfə oxunub


Elan olunduğu kimi "Bakı" ötən ilin son günlərində misli-bərabəri olmayan layihəyə start verib. Özündə bir çox idman növlərini birləşdirən İdman klubuna çevrilən "Bakı" klub infrastrukturunun təkmilləşdirilməsi sahəsində Azərbaycan idmansevərlərinin üzünü güldürəcək möhtəşəm bir fəaliyyəti yekunlaşdırmaq üzrədir. 

"Bakı" idman klubunun prezidenti Hafiz Məmmədovun sərəncamına əsasən hazırlanan inkişaf proqramına uyğun olaraq klub bazasının inşasının ikinci mərhələsinə qədəm qoyulub. 2011-ci ildən etibarən idmançıların ixtiyarına verilən təlim-məşq bazasının davamı olaraq yeni idman kompleksləri və futbol sahələrinin tikintisini nəzərdə tutan proqramın icrası başa çatmaqdadır. 

Qısa bir müddətdə tamamlanacaq proqram daxilində təbii örtüklü 4 yenu futbol sahəsi, idmançılar üçün 120 nəfərlik mehmanxana, 3000 azarkeş tutumuna malik dünya standardlarına cavab verən universal qapaılı idman zalının inşası tam sürətlə davam edir. Bu arenada istənilən səviyyəli beynəlxalq yarışlar təşkil etmək mümkün olacaq.

Layihə çərçivəsində futbol arenasının yenidən qurulması, təxminən, 3000 azarkeş qəbul edəcək müasir futbol stadionuna çevriləcəyi gün də üzaqda deyil. Haqqında söhbət gedən nəhəng infrastruktur çalışmalarının bir neçə həftə ərzində başa çatacağı planlaşdırılır.

Nəzərə alsaq ki, FİFA qadınlardan ibarət U-17 Dünya çempionatının iştirakçıları klub bazasında məşq edərək həlledici oyunlara, məhz, burada hazırlaşacaqlar, görülən işlərin əhəmiyyəti birə-iki artmış olur. Bu işlər xüsusi keyfiyyət və dəqiqliklə və zamanında aparılır. Artıq təbii örtüklü meydanlar Dünya Çempionatının iştirakçılarının yolunu gözləyir. Digər sahələrdə isə işlər tam intensivliyi ilə davam edir.


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail