“Neftçi”nin tarixi zəfəri Premyer Liqanın təqvimini bir-birinə qatdı

04.09.2012 | 4859 dəfə oxunub


“Neftçi”nin tarixi zəfəri Premyer Liqanın təqvimini bir-birinə qatıb. Stadium.az xəbər verir ki, çempionumuzun Avroliqanın qrup mərhələsinə yüksəlməsi qarşıdakı turlarda 10-dan artıq görüşün tarixinin dəyişdirilməsinə səbəb olub. PFL-in rəsmi internet saytında yer alan məlumatda deyilir:

 “Neftçi” klubunun Avropa Liqasının qrup mərhələsində ilk dəfə olaraq iştirakını və bu turnirdə uğurlu çıxış etməsi üçün lazimi şərait yaradılmasını nəzərə alaraq Premyer Liqanın təqvimində aşağıdakı dəyişiklikləri edib:

1.Avropa Liqasının “Partizan” - “Neftçi” matçı 20 sentyabr 2012-ci il tarixinə təyin olunduğu üçün V turun “Neftçi” – “Xəzər Lənkəran” matçı 16 sentyabr 2012-ci il tarixindən 15 sentyabr 2012-ci il tarixinə keçirilsin.

2.Avropa Liqasının “Neftçi” - “İnter” matçı 04 oktyabr 2012-ci il tarixinə təyin olunduğu üçün təqvimdə aşağıdakı dəyişiklik edilir:

VI turun “Sumqayıt” – “Neftçi” matçı 25 sentyabr 2012-ci il tarixindən 24 sentyabr 2012-ci il tarixinə keçirilsin.

VII turun “İnter” - “Neftçi” matçı 29 sentyabr 2012-ci il tarixindən 28 sentyabr 2012-ci il tarixinə keçirilsin.

VIII turun “Neftçi” - “Turan” matçı 03 oktyabr 2012-ci il tarixindən 08 oktyabr 2012-ci il tarixinə keçirilsin.

3.Avropa Liqasının “Rubin” - “Neftçi” matçı 25 oktyabr 2012-ci il tarixinə təyin olunduğu üçün təqvimdə aşağıdakı dəyişiklik edilir:

IX turun “Neftçi” - “Kəpəz” matçı 20 oktyabr 2012-ci il tarixindən 19 oktyabr 2012-ci il tarixinə keçirilsin.

X turun “Rəvan” - “Neftçi” matçı 27 oktyabr 2012-ci il tarixindən 28 oktyabr 2012-ci il tarixinə keçirilsin.

4.Avropa Liqasının “Neftçi” - “Rubin” matçı 08 noyabr 2012-ci il tarixinə təyin olunduğu üçün XII turun “Qəbələ” - “Neftçi” matçı 04 noyabr 2012-ci il tarixindən 03 noyabr 2012-ci il tarixinə keçirilsin.

5.Avropa Liqasının “Neftçi” - “Partizan” matçı 22 noyabr 2012-ci il tarixinə təyin olunduğu üçün XIII turun “Neftçi” - “Sumqayıt” matçı 18 noyabr 2012-ci il tarixindən 17 noyabr 2012-ci il tarixinə keçirilsin.

6.Avropa Liqasının “İnter” - “Neftçi” matçı 06 dekabr 2012-ci il tarixinə təyin olunduğu üçün XVI turun “Neftçi” - “Rəvan” matçı 08 dekabr 2012-ci il tarixindən 10 dekabr 2012-ci il tarixinə keçirilsin.

7.Premyer Liqanın I turunun təxirə salınmış “Neftçi” - “Bakı” matçı 18 dekabr 2012-ci il tarixinə təyin olunsun və  XVIII turun “Neftçi” - AZAL  və “İnter” - “Bakı” matçları 21 dekabr 2012-ci il tarixindən 22 dekabr 2012-ci il tarixinə keçirilsin.

8.Premyer Liqanın IV turunun təxirə salınmış AZAL - “Neftçi” matçı 13 fevral 2013-cü il tarixinə təyin olunsun və XIX turun “Kəpəz” - “Neftçi” matçı 10 fevral 2013-cü il tarixindən 09 fevral 2013-cü il tarixinə keçirilsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail