“Neftçi”nin tarixi zəfərə görə alacağı mükafatın məbləği Stadium.az-da! EKSKLUZIV

04.09.2012 | 5037 dəfə oxunub


“Neftçi”nin Avroliqanın qrup mərhələsinə yüksəlməyə görə alacağı mükafatın məbləği bəlli olub. Stadium.az-ın etibarlı mənbədən əldə etdiyi xəbərə görə, çempionumuz tarixi zəfərə görə 500 min dollar mükafat alacaq.

Qeyd edək ki, bu, “Neftçi”nin cari mövsüm avrokuboklardakı çıxışa görə alacağı ilk mükafat olacaq. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Zestafoni”ni mübarizədən kənarlaşdıran komanda üzvləri mükafat almayıblar. Klub rəhbərliyi əvvəlcədən futbolçulara müəyyən məbləğ söz versə də, üçüncü mərhələnin ilk oyununda “Hapoel”dən alınan acı məğlubiyyət (0:4) futbolçuların arzusunu gözündə qoyub. Qitənin ən nüfuzlu klub turniri ilə vidalaşdıqdan sonra “Neftçi” rəhbərliyi komandanın qarşısında şərt qoyub: “ya qrup mərhələsinə yüksəlib, mükafat alacaqsız, ya da pul üzü görməyəcəksiz”. Kiprdə APOEL-ə qarşı oyundan əvvəl də paltardəyişmə otağına gələn klub prezidenti Sadıq Sadıqov mərhələ adlayacaqları halda komandaya 500 min dollar veriləcəyini deyərək, komanda üzvlərini ruhlandırıb. Qarşıdakı günlərdə futbolçuların zəhmətlərinin qarşılıqlarını alacaqlar.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail