"Bizim gün"də DÇ-2012-nin təbliğatı

03.09.2012 | 4388 dəfə oxunub


FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılışına artıq geri sayım başlayıb. Stadium.az AFFA-nın rəsmi internet saytına isti9nadən xəbər verir ki, 18 gün sonra ölkəmizdə FIFA bayrağı altında start götürəcək ilk dünya çempionatına hazırlıqlar daha intensiv müstəviyə keçirilib. Uzun zamandır müxtəlif yerli kanallarda, radiolarda anonsları verilən, reklamları davam etdirilən çempionat haqqında bu dəfə də Xəzər TV-də danışılıb. Xəzər TV-nin həftə içi səhərlər yayımlanan Bizim Gün proqramına qonaq qismində çempionatın Yerli Təşkilat Komitəsinin nümayəndələri, əməkdar artist Aygün Kazımova, qızlar liqasının oyunçuları, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nın rəsmi maskotu Top Top Qız qatılıb. Proqramda çempionata hazırlıq çərçivəsində görülən işlərdən danışılıb, YTK nümayəndəsinə ünvanlandırılan suallar cavablandırılıb. Aygün Kazımovanın U-17 qızlardan ibarət milli yığmamıza həsr etdiyi “Futbol” adlı mahnı da proqramda ifa olunub. Aygün xanım milli komandamızın çempionat öncəsi təbliğatı üçün indiyə kimi gördüyü mühüm işlərdən danışıb, həmçinin bundan sonra da Azərbaycanda idmanın, xüsusilə qadın futbolunun inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Verilişdə tamaşaçı qismində isə çempionatın könüllüləri və U-15 və U-17 qızlar liqasının oyunçuları, qızlardan ibarət "Fidan" klubunun üzvləri iştirak ediblər. Verilişin sonunda bütün iştirakçılarla xatirə rəsmi çəkdirilib.

Qeyd edək ki, “Futbol” klipi sabah Beynəlxalq Media Mərkəzində keçiriləcək mətbuat konfransında ictimaiyyətə təqdim olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail