"Qəbələ" "Kəpəz"lə oyuna hazırlaşır

03.09.2012 | 3762 dəfə oxunub


Premyer Liqanın dördüncü turundan sonra 4 günlük istirahətə buraxılan “Qəbələ” avqustun 31-i doğma şəhərində biraraya gəlib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, gündəlik iki məşqlə “Kəpəz” oyununun hazırlıqlarını davam etdirən komandaya yığmalara dəvət alan Anar Nəzirov, Nodar Məmmədov, Aleksandr Çertoqanov, Vurğun Hüseynov, Urfan Abbasov, Deyan Kelhar  və Omar Kalabane qatılmayıb.
 
Anar Nəzirov, Nodar Məmmədov, Vurğur Hüseynov və Aleksandr Çertoqanov 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail (7 sentyabr) və Portuqaliya (11 sentyabr) millilərinə qarşı oyunlara hazırlıq məqsədilə Azərbaycan yığmasının düşərgəsinə yollanıblar. Ürfan Abbasov isə Azərbaycanın 21 yaşa qədər futbolçulardan ibarət komandasına dəvət alıb. Gənc müdafiəçinin yer aldığı millimiz 2013-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda İngiltərə ilə üz-üzə gələcək. Deyan Kelhar isə Sloveniyanın heyətində 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə (7 sentyabr) və Norveçə (7 sentyabr) qarşı forma geyinmək şansı qazanıb. Kalabane isə kapitanı olduğu Qvineya yığması ilə Nigeriyaya (9 sentyabr) qarşı mübarizə aparacaq.
 
Zədəsi sağalmaqda olan Murad Musayev isə komandadan ayrı məşq edir.

Məşq prosesinin ikinci günü futbolçular fiziki dözümlülük testindən keçiriliblər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail