Obikadze yenidən “İnter”də

01.09.2012 | 3668 dəfə oxunub


Gürcüstandaki təlim-məşq toplanışını davam etdirən "İnter" növbəti məşqlərinə çıxıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, səhər keçirilən məşqdə komanda sürprizlə üzləşib. Belə ki, 2009-2011-ci illərdə "İnter"də çıxış edən gürcüstanlı yarımmüdafiəçi David Odikadze komandanın məşqinə baş çəkib. Uzun zaman görmədiyi keçmiş komanda yoldaşları ilə görüşən David, daha sonra klubun baş məşqçisi Kaxaber Tsxadadze ilə söhbət edib. Hazırda "Çixura Saçxere" klubunun formasını geyinən David Odikadze verdiyi açıqlamada bunları söyləyib:

“Uzun müddət "İnter"də birgə oynadığım komanda yoldaşlarımı görməmişəm. Məhz bu səbəbə görə "İnter"in məşqinə gəldim və uşaqlarla yenidən görüşdüm. "İnter" mənim karyeramda çox önəmli yer tutur, bu komandanın heyətində mən Azərbaycan çempionu və Birlik Kubokunun qalibi olmuşam. Bu komandada unudulmaz illər keçirmişəm. "İnter"dən ayrılsam da, bu klubun mənim ürəyimdə xüsusi yeri var. Boş vaxtım olanda "İnter"in oyunlarını internet vasitəsi ilə izləyirəm, hazırki komandanın çox böyük potensialı var. Zənnimcə, "İnter" bu mövsüm çempionluq uğrunda mübarizə aparacaq. Çempionluq yolunda doğma komandama uğurlar arzulayıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail