APOEL-in əvəzolunmazı: “Bu dəfə Bakıdakından fərqli oyun sərgiləyəcəyik”

30.08.2012 | 3690 dəfə oxunub


Bu gün Avroliqanın play-off mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında “Neftçi”ni qəbul edəcək APOEL klubunun yarımmüdafiəçisi Nektarios Alexandrou qarşıdakı matçla bağlı fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, 28 yaşlı futbolçu bu dəfə Bakıdakından fərqli oyun nümayiş etdirəcəklərini bildirib: “Bu gün bizi çox mühüm qarşılaşma gözləyir. Bu dəfə öz meydançamızda Bakıda baş tutan ilk matçdan fərqli oyun sərgiləyəcəyik. Uğur qazanmaq istəyirik. Çünki Çempionlar Liqasının qrup mərhələsindən fərqli olaraq,  Avroliqada eyni həyəcanı heç vaxt  yaşamamışıq”.

Qeyd edək ki, Nektarios Alexandrou APOEL-in aparıcı futbolçularından hesab olunur. 28 yaşlı yarımmüdafiəçi cari mövsüm Avroliqada komandasının keçirdiyi 5 oyunun hamısında 90 dəqiqə meydanda olub. Forma geydiyi 450 dəqiqə ərzində o ikinci mərhələdə Slovakiya “Senitsa”sının qapısına qol vurmağa da müvəffəq olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail