Azərbaycanlı jurnalist Messi, Ronaldo və İnyesta arasında seçim edəcək

30.08.2012 | 4211 dəfə oxunub


Bu gün Monakoda Avropanın ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gələcək. Rəsmən «UEFA Best Player in Europe» adlanan mükafata 3 namizəd var. Bunlar ötən il «Avropanın ən yaxşısı» seçilən argentinalı Lionel Messi, həmçinin onun «Barselona»dakı oyundaşı ispan Andres İnyesta və «Real»ın portuqaliyalı lideri Kriştianu Ronaldodur. 2011/12 mövsümünün ən yaxşı futbolçusu UEFA-nın ESM (Avropa İdman Mediası) ilə birlikdə keçirdiyi sorğunun ikinci mərhələsində müəyyənləşəcək. Stadium.az xəbər verir ki, tədbirdə Azərbaycanı AFFA-nın təsisçisi olduğu “Futbol dünyası” qəzetinin əməkdaşı Rasim Mövsümov təmsil edəcək.

Avropanın 2011/12 mövsümündə ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirilən sorğuda UEFA-nın üzvü olan 53 ölkənin hərəsindən bir media nümayəndəsi iştirak edir. İyunun 20-də start götürən və iyulun 4-ə kimi davam edən ilkin mərhələdə respondentlər ən yaxşı saydıqları 5 futbolçunu seçiblər və anketlərdə 1-ci göstərilən 5 xal, 2-ci göstərilən 4 xal, 3-cü göstərilən 3 xal, 4-cü göstərilən 2 xal və 5-ci göstərilən 1 xal qazanıb. Sorğuya qatılanlar Avropa klublarında oynayan istənilən qitənin nümayəndəsinə səs verə bilərlər.

Səsvermənin həlledici mərhələsi bu gün Monakodakı «Grimaldi Forum» sarayında Çempionlar Liqası qrup yarışının püşkatması zamanı keçiriləcək (Bakı vaxtilə saat 20:30-da başlayacaq).

Avqustun 31-də isə sorğu iştirakçıları Monakodakı «Stade Louis II» arenasında Avropa Superkuboku uğrunda «Çelsi» – «Atletiko Madrid» qarşılaşmasını izləyəcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail