Slavço Georgiyevski: “Bizim yerimiz turnir cədvəlində aşağıda yox, yuxarıdadır”

29.08.2012 | 4376 dəfə oxunub


“İnter”in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski klubun rəsmi internet saytına verdiyi müsahibəsində “Turan”la (3:2) keçirilən matç barədə danışıb. Mövsümün başlanğıcını dəyərləndirən makedoniyalı futbolçu digər suallara da cavab verib.

 

- “Turan”la matçda “İnter”ə yalnız qələbə lazım idi. Görüş kifayət qədər mürəkkəb alındı. Bununla belə, komandamıza 3 xalı qazanmaq müəssər oldu.

- Bizdə müəyyən gərginlik vardı. Axı ilk matçlarda komandaya qələbə qazanmaq müəssər olmamışdı. Bəli, biz inamla oynadıq, qol vəziyyətləri yaratdıq, ancaq onlardan istifadə edə bilmirdik. Bizə qalib gəlmək və nümayiş etdirmək lazım idi ki, bizim yerimiz turnir cədvəlində aşağıda yox, yuxarıdadır. Məhz buna görə “Turan”la matçda müəyyən çətinliklərlə qarşılaşdıq, lakin ən əsası odur ki, başlıca tapşırığı yerinə yetirə və 3 xalı ələ edə bildik.

- Bu qarşılaşmada çempionat çərçivəsində “İnter”in heyətində ilk qolunuza imza atdınız və bu qol komandaya qələbə qazandırdı.

- Bəli, çox xoşdur ki, komandama kömək etmək mümkün oldu. Bir də ona görə xoşdur ki, mənim qolum qələbə qazandırdı və komandaya ilk 3 xalı gətirdi. Ümid edirəm ki, bu qol mənim üçün sonuncu olmayacaq. Yenə də qol vurmaq istəyirəm, “İnter”in daha da irəliləməsini və çempionluq uğrunda mübarizə aparmasını istəyirəm.

- Siz artıq 2 aydan çoxdur “İnter”in heyətindəsiniz, bu müddət ərzində yeni iş yerinizə tam uyğunlaşmağa macal tapmısınız. Komandada hökm sürən atmosfer barədə nə deyə bilərsiniz və o sizdə hansı təəssüratı oyatdı?

- Deyə bilərəm ki, komanda daxilindəki atmosferdən çox razıyam. “İnter” və “Neftçi”ni müqayisə etmək istəmirəm, ancaq demək istəyirəm ki, burada hər şey yüksək səviyyədədir. “İnter”də iş peşəkar səviyyədə təşkil edilib, ayrıca baş məşqçi Kaxaber Tsxadadzeni qeyd etmək istərdim.

- Artıq 3 mövsümdür Azərbaycan çempionatında çıxış edirsiniz. Yerli klubların tərəqqi prosesini hiss edirsiniz? Çempionat güclənir?

- Düşünürəm ki, bu il çempionatda mübarizə daha da artacaq. Klublar tərəqqi edir və mənim nəzərimcə, çempionatda çempionluq uğrunda rəqabət bu mövsüm daha yüksək olacaq. Ötən mövsüm çempionluq uğrunda yalnız 3-4 klub mübarizə aparırdı, indisə yüksək yerlərə daha çox komanda iddia edə bilər. Mövsümlərarası dövrdə Azərbaycan klubları gücləndi və bizi çox maraqlı mübarizə gözləyir. Ümid edirəm ki, “İnter” potensialını tam biruzə verəcək və çempionluq titulunu əldə edəcək. Bunu bizdən baş məşqçi tələb edir və bunu oyunçular da istəyirlər.

- Hazırda komandanı “İnter”in oyunlarına müsbət təsir göstərəcək Gürcüstanda təlim-məşq toplanışı gözləyir.

- Əlbəttə ki, bu toplanış bizə kömək edəcək. “Turan”la oyundan sonra bizim istirahət etmək üçün  kifayət qədər vaxtımız oldu. İndisə çalışmaq vaxtıdır. Əminəm ki, Gürcüstan toplanışı çempionatın sonrakı oyunlarında bizə komək edəcək.

- Siz uzun zaman Avropada çıxış etmisiniz və Makedoniya millisində oynamısınız. Bilmək istərdik, dostlarınız və komanda üzrə keçmiş yoldaşlarınız Azərbaycan və yeni komandanız “İnter”lə maraqlanırlar? Siz bu suallara necə cavab verirsiniz?

- Mən artıq qeyd etdim ki, “İnter”də bütün məsələlər yüksək səviyyədədir. Məndən soruşanlara da bunu deyirəm. Burada iş üçün hər bir şəraiti yaradırlar-bunu mən ilk günlərdən müşahidə etdim. Etiraf edim ki, bu vəziyyət məni müsbət mənada təəccübləndirdi. “İnter”ə keçidim ərəfəsində mənə bu barədə məlumat vermişdilər, ancaq eşitmək və görmək- ayrı-ayrı məsələlərdir. Buradakı şəraitdən razıyam. “İnter” avropasayağı fəaliyyət göstərir.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail