“Santyaqo Bernabeu”da “Real”a qol vuran futbolçu: “Neftçi”yə qarşı meydanda istədiyimizi edəcəyik”

29.08.2012 | 5021 dəfə oxunub


Sabah Avroliqanın play-off mərhələsinin cavab görüşü çərçivəsində “Neftçi”ni qəbul edəcək APOEL-in yarımmüdafiəçisi Gustavo Manduca qarşılaşmayla bağlı fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, 32 yaşlı braziliyalı futbolçu komandasının Bakıdan sərfəli nəticə ilə qayıtmasına sevindiyini bildirib: “Bakıda keçirilən ilk matçda zədəli olduğuma görə oynaya bilmədim. Amma sevinirəm ki, komanda yoldaşlarım mənim yoxluğumda səfərdən sərfəli nəticə ilə qayıtmağı bacardılar. İndi ilk oyundakı uğurun davamını gətirməyə çalışacağıq. "Neftçi" ilə cavab matçında ilk dəqiqələrdən meydanda olacağıma inanıram. Lakin baş məşqçi mənə sonradan şans verə bilər. Düşünürəm ki, cütün taleyi özümüzdən asılıdır. Rəqibə oynamaq imkanı verməməliyik. Topa nəzarəti ələ alsaq, meydanda istədiyimizi edəcəyik".

Xatırladaq ki, Gustavo ötən il Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində “Santyaqo Bernabeu”da “Real”a qarşı baş tutan matçda (5:2) APOEL-in vurduğu 2 qoldan birinin müəllifi olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail