“Fənərbaxça” ilə oyunun qiyməti bəllidi - 10 milyon avro”

28.08.2012 | 4304 dəfə oxunub


Moskva “Spartak”ının baş direktoru Valeri Karpin Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində İstanbulda “Fənərbaxça”ya qarşı baş tutacaq cavab matçı haqda fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu bildirib ki, qrup mərhələsindən kənarda qalmaq komandaya maddi baxımdan böyük ziyan vura bilər: “Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyimiz halda futbolçular böyük məbləğdə mükafatlandırılacaqlar. Təbii ki, əks halda oyunçuların qazancı daha az olacaq. Amma Çempionlar Liqasının qrup mərhələsindən kənarda qalmaq komandamıza maddi baxımdan böyük ziyan ola bilər. “Fənərbaxça” ilə oyunun qiyməti bəllidi. Biz qrup mərhələsinə yüksəlsək minimum 10 milyon gəlir əldə edəcəyik. Bu səbəbdən də düşünürəm ki, komandamızın üzvləri çətin səfərdən uğurla ayrılmaq üçün bütün güclərini ortaya qoyacaqlar. Rəqib güclüdür, amma biz də zəif deyilik. Məqsədimi “Fənərbaxça”nı keçib, qrup mərhələsinə yüksəlməkdir”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail