Adamiya 66, Georgiyevski 67

28.08.2012 | 3686 dəfə oxunub


Premyer Liqanın 4-cü turu çərçivəsində keçirilən “Turan” - “İnter” matçı bir sara maraqlı statistik göstəricilərlə də yadda qalıb. Stadium.az "İnter"in rəsmi internet saytına istinadən xəbər verir ki, bu oyun Azərbaycan Çempionatında Kaxaber Tsxadadzenin baş məşqi qismində 100-cü matçı olub. “İnter” komandası Kaxaber Tsxadadzenin rəhbərliyi altında 100 oyundan 47-də qələbə qazanıb, 30 oyunda sülh imzalayıb və 23 qarşılaşmada məğlub olub. Bu görüşlərdə “İnter” rəqiblərin qapısından 109 top keçirib və 73 top buraxıb.

Bundan başqa, oyunda qol vurmuş Giorgi Adamiya və Slavço Georgiyevski Azərbaycan Çempionatında fərqlənən 66-cı və 67-ci futbolçu olublar. Xatırladaq ki, Azərbaycan Çempionatında “İnter”in ən yaxşı bombardiri aktivində 28 qol olan uruqvaylı Valter Quqlemondur. 22 qolla Xaqani Məmmədov fərqlənib, 17 qolun müəllifisə Robertas Poşkus olub. Hazırda “İnter”in heyətində çıxış edən futbolçular arasında ən çox qol Petar Zlatinovun aktivindədir-14. Vladimir Levinin aktivində 10 qol var, Nizami Hacıyev isə 9 qol vurub.

Qeyd edək ki, 2004-cü ildən etibarən “İnter” çempionat çərçivəsində 236 oyun keçirib. Komanda bu oyunlarda 129 qələbə əldə edib, 64 heç-heçəyə imza atıb və 43 məğlubiyyətlə barışıb. Bu qarşılaşmalarda “İnter” 333 dəfə rəqib qapısından top keçirib və 160 top da qapısından buraxıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail