Stadium.az-ın xəbəri doğruldu: “Rəvan”ın Bayıla köçəcəyini hələ 86 gün öncə xəbər vermişdik

28.08.2012 | 5676 dəfə oxunub


Xəbər verdiyimiz kimi, bu gün “Rəvan” klubu “Dalğa Arena”dan imtina edərək, Bayıldakı yeni inşa olunmuş arenaya üz tutub. Diqqətli oxucularımız xatırlayır ki, bu haqda hələ xeyli müddət öncə Stadium.az saytı xəbər vermişdi. Daha dəqiq desək, 86 gün öncə saytımızda bu haqda material yer almışdı.

http://www.stadium.az/index.php?cat=xeberler&id=12817

İyunun 3-də keçirilən Peşəkar Futbol Liqasına yeni president seçkilərindən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev klub nümayəndələri ilə toplantı keçirmişdi. AFFA prezidenti Rövnəq Abdullayev narazı qaldığı məqamları klub nümayəndələrinin diqqətinə çatdırmışdı.

Tez-tez bəzi klubların adlarından narazı olduğunu bildirən Rövnəq Abdullayev bu dəfə də onlara öz məsləhətlərini vermişdi. Assosiasiya başçısı “Rəvan”a “Dalğa Arena”da komandanın oyunlarına cəmi 5-10 azarkeşin toplaşdığını və bu səbəbdən də klubun adını dəyişib “Bayıl” qoymağı, həm də ev oyunlarını sözügedən qəsəbədə keçirməyi məsləhət görmüşdü. R.Abdullayevin fikrincə, bu halda komandanın tərəfdarlarının da sayı artacaq.

Göründüyü kimi, “Rəvan” AFFA başçısına qarşı çıxa bilməyib və komanda “Dalğa Arena”dan imtina edərək, “Bayıl”a üz tutub. Komandanın adını dəyişərək, “Bayıl” qoyacağı gün də uzaqda deyil. Hazırda bu məsələ ilə bağlı kluba basqı var. 



  #1   Adınız: BALLACK;   E-mail: [email protected]

29.08.2012 09:06

VALLAH MEN BUNLA RAZIYAM YOXSA SiQAN KiMi HAMI BiR YERE YIGIWIB
BAKIYA.. BAKI-NIN O QEDER KEND QESEBELERI VARKI HERE BIR YERI
TEMSIL ETSIN HEM AZERKEWI ARTSIN HEMDE FUTBOLUN KUTLEViLiYi..
INTER ZABRATA KOCSE YAXWIDI.. BAKI KLUBLAR NEFTCi VE BAKI BESDi
!!!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail