Mariya Stadnik: “Azərbaycanlılar məni çətin vaxtda qəbul etdilər”

28.08.2012 | 5020 dəfə oxunub



XXX Yay Olimpiya Oyunlarında ölkəmizə gümüş medal qazandıran Mariya Stadnik Ukrayna mətbuatına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

 

- Ukraynalı olimpiyaçılar öz idman növlərində çıxışlarını bitirdikdən sonra Londonu tərk edirdilər. Siz nəyə görə turnirin bağlanış mərasiminə kimi Böyük Britaniya paytaxtında qaldınız?

- Azərbaycanın Olimpiya nümayəndə heyəti Londona birgə gələrək, birgə də qayıtdı. Buna görə də çıxışımı başa vurduqdan sonra Olimpiadanı sona kimi izləyə bildim. Londonu gəzmədim, çünki qışda burada iştirak etdiyim zaman bütün görməli yerlərdə olmuşdum. Boş vaxtlarımı Olimpiya parkında keçirirdim. Bundan əlavə, digər çəkilərdə güləş yarışlarına baxırdım.

- Qazandığınız gümüş medalı özünüzlə gəzdirirsiniz?

- Siz Lvovda baş verən insidentə işarə vurursuz? Ötən il orada mənzilimi qarət etdilər. Təkcə qiymətli əşyaları deyil, Pekin Olimpiadasındakı 2 medalımızı oğurladılar. Gümüş həyat yoldaşım Andreyin, bürünc isə mənim idi. Ancaq bir təhər bu itkini unutdum. Əslində, mükafatımı həmişə özümlə gəzdirməyəcəm. Bax, indi bunu otağımda qoymuşam. Mənim üçün medalımın oğurlanması qorxulu deyil. İstənilən halda, Olimpiya mükafatçısı adım qalacaq.

- London-2012-nin yarımfinalında həmyerliniz İrina Merleniyə qalib gəldiniz. Onun üstün cəhətlərini bilirdiniz?

- Bəli, mən İrinanın imkanlarını çox yaxşı bilirəm. Layiqli qələbə qazandım. Çünki daha yaxşı hazırlıqlı idim. Xüsusilə də fiziki cəhətdən. Həmçinin də inadkarlığım hesabına qalib gəldim.

- Siz finalda güləşəndə Merlini yaponiyalı rəqibinizə azarkeşlik edirdi. O, bunu gizlətmirdi. Siz bunu necə qəbul etdiniz?

- Bu, onun hüququdur. Merlinini məni dəstəkləmədiyinə görə qınamayacam. Mənim üçün fərqi yoxdur. Əsas odur ki, məni qohumlarım, yaxın insanlarım dəstəkləyirdi.

- Londondakı gümüşə görə Azərbaycanda 500 min dollar mükafat qazanmısız. Bu Ukraynanın Olimpiya çempionlarının qonorarlarından 4 dəfə çoxdur...

- Bu pullar mənə heç cür təsir göstərməyəcək. Pekində bürünc mükafatçı olanda da pis qonorar almadım. Onlar mənim karyeramın yüksəlişini dayandırmadı. Bürünc var idi, indi gümüş oldu. Bundan sonra da işləmək lazımdır ki, Olimpiya qızılını qazanasan.

- Finalda qızılın bir addımlığında büdrədiyinizə görə özünüzü günahkar sayırsızmı? Axı Azərbaycanda çempionluğa görə xeyli pul ödənilir...

- Yox, özümü yalnız ona görə günahlandıram ki, Olimpiya çempionu olmaq şansından istifadə etmədim. Döşəyə çıxanda o pullar haqda fikirləşmirəm. Azərbaycan yığmasında çıxış etməyimə də qonorarın məbləği səbəb deyil. Mən sadəcə olaraq, Ukrayna üçün lazım olmadım.

- Olimpiadada birinci yeri tutsaydız, Azərbaycan bayrağını götürüb, döşək ətrafında fırlanacaqdız?

- Əlbəttə. Mən şərəfini qoruduğum ölkənin bayrağı ilə dövr vurardım. Azərbaycanlılar lazımı anda mənə kömək əlini uzatdılar. Həmin vaxt ukraynalılar mənim xidmətimdə maraqlı deyildilər. Ancaq mən idmanla vidalaşa bilməzdim axı. Güləşi çox sevirəm. Bəli, mən Ukraynada böyümüşəm, burada indi də ildə az məşq etmirəm. Ancaq hər halda vaxtımın çox hissəsini Azərbaycan yığmasının heyətində keçirirəm. Azərbaycanlılar məni çətin vaxtda qəbul etdilər və mən buna görə onlara minnətdaram.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail