Dünya çempionatı ilə bağlı Sumqayıtda konsert keçirilib

28.08.2012 | 3961 dəfə oxunub


FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən nxəbər verir ki, rəsmi Kubok bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın inzibati binasında sərgilənəndən sonra, avqustun 6-da Kubok Sponsor Turuna başlayıb. Sponsor Turu zamanı Rəsmi Kubok çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətlərinin ofislərində yerləşdirilmişdi və beləliklə, geniş ictimaiyyətə təqdim olunmuşdu.
Avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə, Bakı şəhərinə qayıdır.
Avqustun 24-də Lənkəran şəhərində Heydər Əliyev adına parkda və  avqustun 24-də Gəncə şəhərinin Azadlıq meydanında keçirilmiş konsert proqramı bu dəfə Sumqayıtda təqdim olunub.
Göyərçin heykəlinin yanında yerləşən Yaşıl Teatrda 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının Rəsmi Kubok Turunun təbliği məqsədi ilə möhtəşəm konsert proqramı keçirilib. Bu axşam konsert proqramında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayev, musiqiçi DJ "Merkury", Azərbaycan Dövlət Rəqs Ansamblı "Odlar Yurdu" və gənclər arasında sevilən "Caspian Dreamers" qrupu çıxış ediblər.
Rəsmi Kubok xüsusi təyin olunmuş meydançada yerləşdirilib və konsert qonaqlarının böyük marağına səbəb olub. Hər kəs Rəsmi Kubok və çempionatın Rəsmi Maskotu Top Top Qız ilə şəkil çəkdirmək imkanını qazanıb.
Bundan əlavə, parkda çempionatın oyunlarının biletləri satılıb və qarşıdan gələn böyük futbol turnirinin təbliğat materialları paylanılıb. Konsert zamanı üz rəngləmə müsabiqəsi keçirilib, qaliblərə hədiyyələr və sürprizlər təqdim edilib.
Xatırladaq ki, konsertdən sonra Rəsmi Kubok Bakıya qayıdıb, sponsor turuna davam edəcək. Sponsor Turu zamanı Kubok SOCAR və Bakcellin ofislərində sərgilənəcək. Ölkə Kubok turunun növbəti və sonuncu konserti sentyabrın 15-də saat 20:00-da Bakı şəhərinin Dənizkənarı Milli Parkında keçiriləcək



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail