Emenike Aykut Kocamanın əlini öpməsinə aydınlıq gətirdi

27.08.2012 | 4965 dəfə oxunub


Moskva “Spartak”ının üzvü Emanuele Emenike Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində “Fənərbaxça”ya qarrı keçirəcəkləri cavab matçının çox çətin alınacağını deyib. Stadium.az xəbər verir ki, Emenike xüsusən yerli azarkeşlərin dəstəyindən çəkinir: “Türkiyədən çox gözəl xatirələrim qalıb. Orada layiqli komandaların iştirakı ilə çox güclü çempionat keçirilir. Azarkeşlər isə ümumiuyyətlə, möhtəşəmdilər. Əgər sevimli klubları qələbə qazanıbsa, fanatlar səni evinə əllərində belə aparmağa hazırdılar. “Şükrü Saracoğlu”da bizi çox çətin anlar gözləyir. Fanatların nə edəcəyini sözlə ifadə etmək çox çətindir”.

Sabiq “Fənərbaxça”lı futbolçu Moskvada baş tutan ilk matçda “sarı-lacivərdlilər”in baş məşqçisi Aykut Kocamanın əlini öpməsinə belə aydınlıq gətirib: “Bu jest Türkiyədə hörmət əlaməti kimi qəbul olunur. Mənim də Kocamana çox böyük hörmətim var. Düzdür, onun rəhbərliyi altında rəsmi oyunlarda meydana çıxmaq mənə qismət olmayıb. Yalnız hazırlıq prosesində iştirak etmişəm. Lakin qısa zaman kəsiyi belə Kocamanı daha yaxından tanımam üçün kifayət etdi. O həm gözəl insan, həm də əla məşqçidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail