Əfran İsmayılov: “Rəvan” kimi komanda ilə heç-heçəni yaxşı qiymətləndirirəm”

27.08.2012 | 3958 dəfə oxunub


Milli komandamızın və “Qarabağ”ın üzvü Əfran İsmayılov qarabaghfan.com saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- "Qarabağı"ın "Rəvan"la görüşü barədə nə deyə bilərsiniz ?

- Onu deyə bilərəm ki, oyun çox gərgin keçdi. "Rəvan" klubu inadla mübarizə aparırdı. Belə desək, rəqib komanda bizi yaxşı analiz etmişdi. Onun nəticəsində qol vurmağa çətinlik çəkdik. Gərək belə komandalarla görüşəndə ilk qolu erkən vurasan, bizdə də belə fürsət olmadı. Yenə də pis olmadı. "Rəvan" kimi komanda ilə görüşdə 1 xal qazanmağı yaxşı qiymətləndirirəm.

- "Rəvan" klubu hansı hallarda üstün oyun sərgiləyə bilirdi?

-  Rəqib komanda yaxşı müdafiə olunurdu, topu özlərində saxlamağı bacarırdılar, əsası odur ki, qapını toxunulmaz saxala bildilər. Unutmaq lazım deyil ki,"Rəvan" klubu "Bakı" və "Xəzər-Lənkəran" kimi komandalardan xal almağı bacarıb. Digər tərəfdən də mən Premyer Liqada çıxış edən heç bir komandanı zəif saymırıq. Hər bir komanda potensialına uyğun olaraq çıxış edir, hələ çempionat da yeni başlayıb. İnanıram ki, "Qarabağ" növbəti görüşlərdə daha inamlı qələbələr qazanacaq.

- "Rəvan"la görüşdən sonra mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sənin formada olmadığını demişdi. Bununla bağlı fikirlərini almaq istərdim...

- Bu hal var. Hələ yeni mövsümün bir neçə turu baş tutub. Komanda da hələ indi normal oyun sərgiləyir. Formada olmamağım da çempionatın yeni başlaması ilə əlaqədardır. Bu hal keçib gedəcək. Yadınızdadırsa, zədəli olduğum dönəmdə və ondan sonra da formada deyildim. Amma çalışıb formamı bərpa etdim. Bu mütləq düzələcək.

- "Qarabağ" klubu adətən hədəfini açıqlamağa tələsmir, bəzən heç açıqlamır da...Sən komandanın hədəfini necə görürsən ?

-  "Qarabağ" klubu həmişə iddialı komanda olub və bu mövsüm də biz bu yolla addımlayacayıq. Hədəfimiz çempion olmaqdır və bundan sonra Çempionlar Liqasında mübarizə aparmaq niyyətindəyik, bundan əlavə Avropa Liqasında da çıxış etmək ən böyük uğurlardan biri hesab oluna bilər. Arıtq vaxtıdır və biz bu amala çatmaq uğrunda mübarizə aparacayıq.

- Azərbaycan millisinin DÇ- 2014 - ün –seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunları ilə bağlı milliyə dəvət almısanmı ?

- Bəli, dəvət almışam. Artıq avqustun sonlarından millinin hazırlığı başlayacaq və mən də bu hazırlıqda iştirak edəcəm.

- Milli komandamız iki ən güclü komanda ilə qarşılaşacaq. Səncə, ən çətin görüş hansı olacaq, İsrail, yoxsa Portuqaliya ?

- Düzdür, hər iki komanda iddialı rəqiblərdir. Ancaq bu hallar bizi qorxuda bilməz. Biz hər oyuna qələbə əzmi ilə çıxırıq, məğlub olmağımızı heç ağlımızdan belə keçirmirik. İnanıram ki, bu dəfə də rəqiblərimizə inadlı müqavimət göstərəcəyik. Bizim üçün rəqibin fərqi yoxdur, dəfələrlə olub ki, doğma azarkeşlər önündə qələbə əldə etmişik. Bunu Türkiyə və digər oyunlarda qazandığımız qələbələr sübut edə bilər.

- Unutmaq lazım deyil ki, Portuqaliya millisi daha güclüdür və Azərbaycana hər səfərində qələbə qazanaraq meydandan xalla ayrılmağı bacarır...

- Orası elədir. Amma bu halla barışmaq olmaz axı.... Gərək biz elə oynayaq ki, bu dəfə qalib biz olaq və fərqi dəyişə bilək. Meydana qələbə qazanmaq üçün çıxacayıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail