Futbolçularımızın diqqətinə: baxın, ... bəlkə utandız FOTOLENT

27.08.2012 | 5286 dəfə oxunub


Avqustun 31-də “transfer pəncərəsi” bağlanacaq. Hər yay olduğu kimi, bu dəfə də hansısa bir futbolçumuzun Avropanın aparıcı deyil, heç olmasa ortabab klubuna transferinə şahid olmadıq. “Köhnə qitə”yə yollanacağını gözlədiyimiz Ruslan Abışov pulu üstün tutub, Lənkərana üz tutdu. İndi eyni yolu Rauf Əliyev də tutmaq üzrədi. Kamran Ağayev ümumiyyətlə, klubsuz qalıb. Başqaları haqda isə heç danışmağa dəyməz. Bircə kiçik təsəllimiz Cavid Hüseynovun “Adana Dəmirspor”a keçidi oldu.

Beləcə, hansısa futbolçumuzun Avropada legioner həyatı yaşayamasını ən azı daha bir il gözləməli olacağıq. Təbii ki, bu fakt hamımız məyus edir. Amma bu vəziyyətə artıq öyrəncəliyik. Məsələdən yan keçmək də mümkün idi. Lakin ...

... Rusiya mətbuatında diqqətimi bir yazı cəlb etdi. Rusiyalı həmkarlarımızın ekzotika adı verdiyi bu material bizim üçün əsl ürəkağrısıdı. Yazıda Avropa ölkələrində çıxış edən, lakin futbol aləmində “cırtdan” hesab olunan ölkələrin nümayəndələrindən bəhs olunurdu. Təbii ki, o “cırtdanlar” arasında elə adlar var ki, adamın lap gülməyi gəlir (əslində ağlamağı). Təsəvvür edin ki, Antiqua və Barbud adalarının futbolçusu İngiltərə Premyer Liqasında oynayır. İnanılmazdı. Təkcə 1 və ya 2 futbolçu olsaydı nə var idi. İngiltərə Premyer Liqasında Burundi, Qrenada, Oman, Barbados, Benin, Filippin, hətta Farer adaları da futbolçu ilə təmsil olunur. Futboluna lağ etdiyimiz Hindistanın futbolçusu Portuqaliyanın aparıcı “Sportinq” klubunda çıxış edir. Həmçinin “Braqa”da liviyalı, “Olyanense”də somalili, “Pasoş De Fereyra”da isə salvadorlu futbolçular oynayır. Başqa bir filippinli futbolçu “Hoffenhaym”da top qovur. Belçika çempionatında fələstinli, dünyaca ünlü İtaliya “İnter”ində isə Kenyadan olan oyunçu var. Ekzotik ölkələrin nümayəndələri Fransa çempionatından da yan keçməyib. Mavritaniya, Komorski adaları, Yeni Kaledoniyadan olan futbolçular “Liqa-1”də forma geyir.

Məncə, artıq sözə ehtiyac yoxdu.

Sonda sizə həmin futbolçuların tam siyahısını təqdim edirik:

Mikel Leyqertvud - Antiqua və Barbud adaları - “Ridinq” İngiltərə

Ceyson Roberts - Qrenada - “Ridinq” İngiltərə

Əli Əl-Həbsi - Oman - “Uiqan” İngiltərə

Emerson Boys - Barbados - “Uiqan” İngiltərə

Stefan Sessenon - Benin - “Sanderlend” İngiltərə

Sunil Çxetri - Hindistan - “Sportinq” Portuqaliya

Ştefan Şrek - Filippin - “Hoffenhaym” Almaniya

Nil Eteric - Filippin - “Fulhem” İngiltərə

Qunnar Nilsen - Farer adaları - “Mançestr Siti” İngiltərə

Omar Carun - Fələstin - “Şarlerua” Belçika

Qael Biqirimana - Burundi - “Nyukasl” İngiltərə

Ezekiel N’Duassel - ÇAD - “Terek” Rusiya

Kuko Martina - Korsou adaları - “Valveyk” Hollandiya

Aadama Ba - Mavritaniya - “Brest” Fransa

Əli Mmadi - Komorski adaları - “Evyan” Fransa

Viktor Banyama - Keniya - “Seltik” Şotlandiya

Camal  - Liviya - “Braqa” Portuqaliya

Makdonald Mariqa - Keniya “İnter” İtaliya

Liban Abdi - Somali - “Olyanense” Portqaliya

Uesli Lotoa - Yeni Kaledoniya - “Loryen” Fransa

Arturo Alvares - Salvador - “Pasoş de Fereyra” Salvador

Jorj Qop-Fenelej - Yeni Kaledoniya - “Trua” Fransa

Vahid AYXAN

P.S. Bilirəm, bu yazını oxuyandan sonra futbolçularımız, ya da “Azərbaycan futbolu günü-gündən inkişaf edir” deyən futbol funksionerləri “əşşi, təsadüfdü də. 1 futbolçu çıxıb da” deyəcəklər. Mən də onlara sual verirəm, niyə axı həmişə təsadüflər bizə qarşı olur? Qoy, bir dəfə də bizimkilərin xeyrinə təsadüfən nəsə olsun da. Somali, Burundi, Keniya, Oman, Farer adaları, Salvador, Mavritaniya kimi ölkələrdən belə futbolçular çıxır, amma milyonların dövr etdiyi Azərbaycan futbolunda bir belə oyunçu yetişmir. Niyə? 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail