Dünya çempionatı ilə bağlı Gəncədə konsert olub

27.08.2012 | 3957 dəfə oxunub


FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyul ayının 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Rəsmi Kubok bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında sərgilənəndən sonra, avqust ayının 6-da Kubok Sponsor Turuna başlayıb. Sponsor Turu zamanı Rəsmi Kubok çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətlərinin ofislərində yerləşdirilmişdi və beləliklə, geniş ictimaiyyətə təqdim olunmuşdu.

Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb. Səfər çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə, Bakı şəhərinə qayıdacaq.

Avqustun 24-də, Gəncə şəhərinin Azadlıq meydanında keçirilən konsert tamaşaçılarının böyük marağına səbəb oldu. FIFA U-17 qadınlararası dünya çempionatının Rəsmi Kubokun Kubok Turuna həsr olunmuş möhtəşəm konsert proqramında Çingiz Mustafayev, Tural Süleymanov, Daşqın, "Odlar Yurdu" Dövlət Rəqs Ansamblı kimi tanınmış ifaçilar və rəqs qruplarının çıxışları ilə yanaşı, konsert qonaqları üçün üz rəngləmə müsabiqəsi və futbol viktorinası keçirilib və qaliblərə hədiyyələr təqdim olunub. Meydanda bilet satışı nöqtəsi təyin olunub və çempionatın oyunları haqqında məlumat verilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Gənclər və İdman idarəsinin rəisi Mikayıl Zeynalov konsert proqramında iştirak edib, Yerli Təşkilat Komitəsinin üzvlərinə konsertin təşkilati işlərində kömək və dəstək göstəriblər.

Xatırladaq ki, Kubok Turunun növbətli konserti avqust ayının 27-də Sumqayıt şəhərində keçiriləcəkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail