“Hər bir komanda istəyər ki, çempionatdakı ilk oyununda uğur qazansın”

24.08.2012 | 3803 dəfə oxunub


Yeni yaradılan “Ağsu” klubunun icraçı direktoru Rəşad Kərimov I divizionun püşkatması ilə bağlı fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, PFL-in rəsmi saytına danışan R.Kərimov komandada hər şeyin qaydasında olduğunu bildirib: “Püşkdə bizə güclü rəqib düşdü. Ancaq biz doğma azarkeşlərimiz önündə qələbə qazanmağa çalışacağıq. Hər bir komanda istəyər ki, çempionatdakı ilk oyununda uğur qazansın. Bizim çox gözəl stadionumuz tikilib, istifadəyə verilib. Doğma meydanda ilk qələbəmizi qazanmağa çalışacağıq. Komandanın baş məşqçisi Rüfət Quliyev heyəti tam formalaşdırıb. Heç bir problemimiz yoxdur. Hələ ki, qarşımızda konkret məqsəd qoyulmasa da, liderlik üçün mübarizə aparacağıq. Çempionatda iştirak edən komandalar haqqında bir o qədər də məlumatım yoxdur. Ancaq onu deyə bilərəm ki, ötən mövsümün qalibi “Qaradağ Lökbatan” güclü komandadır”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail