PFL çempionatdan imtina edən klublarla bağlı mövqeyini açıqladı

24.08.2012 | 6028 dəfə oxunub



Bu gün AFFA-nın inzibati binasında  futbol üzrə Azərbaycan I Divizionunun püşkatma mərasimi keçirildiyi barədə xəbər vermişdik. Klub nümayəndələri və jurnalistlərin iştirak etdiyi mərasimi çıxış nitqi ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev tədbir iştirakçılarını salamlayıb. Stadium.az xəbər verir ki, A.Şahgəldiyev PFL prezidenti Ramin Musayevin tədbirdə üzrlü səbəbdən iştirak etmədiyini açıqlayıb: “PFL-in prezidenti Ramin Musayev də tədbirimizdə iştirak edəcəkdi. Lakin bacısı bu gün vəfat etdiyindən tədbirimizə qatılmayacaq”.

PFL rəsmisi bu mövsüm çempionatda iştirak etməkdən imtina edən klublarla bağlı deyib: “Bu il I Divizionda 13 komanda mübarizə aparacaq. Ötən çempionatın iştirakçılarından “Karvan”,  “Muğan” və MKT “Araz” I Divizionda çıxış etmələri ilə bağlı bizə heç bir məlumat vermədilər. Ancaq I Divizionda iki yeni komanda mübarizə aparacaq. Bunlar Ağsu təmsilçisi “Ağsu” və Bakının “Qala” komandalarıdır".

A.Şahgəldiyev reqlamentlə bağlı bunları söyləyib: "Çempionata sentyabrın 8-də start veriləcək. Klublardan xahiş edirik ki, avqustun 31-dək sifariş vərəqələrini təqdim etsinlər və futbolçularla bütün müqavilə məsələlərini yekunlaşdırsınlar. Sifariş vərəqəsində 30 futbolçu ola bilər. I Divizionda legioner limiti ötən mövsümdə olduğu kimi 7+4 qalır. Bildiyiniz kimi Premyer Liqada çıxış edən komandalarının heyətlərində meydançada ən azı bir 21 yaşdan aşağı futbolçu olmalıdır. Bu qayda I Diviziona şamil olunmasa da, kubok oyunları zamanı I Divizion komandalarının da heyətində ən azı bir 21 yaşdan aşağı futbolçu olmalıdır. Ötən mövsüm olduğu kimi I Divizionun qalibi Premyer Liqaya yüksələcək, ikinci yerin sahibi isə Premyer Liqada 11-ci yeri tutan komanda ilə play-off oyunu keçirəcək. Ötən mövsüm lisenziyalaşma ilə bağlı müəyyən problemlər oldu. Ona görə də xahiş edirik ki, bu məsələlərdə bir qədər diqqətli olasınız”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail