“Xəzər Lənkəran” yeni transferlərini rəsmən açıqladı

24.08.2012 | 5683 dəfə oxunub


“Xəzər Lənkəran” 2 yeni transferini rəsmən açıqlayıb. Stadium.az xəbər verir ki, bu haqda klubun rəsmi internet saytından məlumat yerləşdirilib. “Xəzər Lənkəran” 2 yeni əcnəbi futbolçuları heyətinə qatıb. Bunlar, yunan forvard Dmitrios Sialmas və əslən Braziliyalı olan İtaliya vətəndaşı Vanderson Skarduellidir. Bu gün hər iki legionerlə klubun ofisində birillik muqavilələr imzalanıb.

Sialmas “Xəzər Lənkərana” Yunanıstanın AEK klubundan keçib. Futbolçu “Xəzər Lənkəran”da həyatında ilk dəfə olaraq legioner həyatı yaşayacaq. Bundan əvvəl o, yalnız Yunanıstan klublarında oynayıb: 2005-2006 və 2008-2009-cu illərdə - “Etnikos”da, 2006-2008-cı illərdə - “Panionios”də, 2009-2011-ci illərdə - “PAS Giannina”da. AEK-də isə Sialmas ötən ildən şıxış edirdi.

27 yaşlı Vanderson Skarduelli də “Xəzər Lənkəran”a Yunanıstan çempionatından gəlib. Sol cinah müdafiəçisi mövqeyində çıxış edən Skarduelli adı çəkilən ölkənin çempionatında vaxtilə Sialmasın da oynadığı “PAS Giannina” klubunun formasını geyib. O, bu klubun şərəfini son üç mövsüm qoruyub, son mövsümdə isə hətta komandanın kapitanı olub.

Bundan əvvəl isə Vanderson 2004-2007 illərdə Braziliyanın “Korintians”, “İtuano”, “San Bento” və “Kampo Qrande” klublarında oynayıb. 2007-2009-cu illərdə o, İtaliyanın “Siena”, “Martina” və “Treviso” klublarının şərəfini qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail