Selim Benachour: “Neftçi”yə qarşı yaxşı oynamadıq”

24.08.2012 | 5992 dəfə oxunub


Dünən Avroliqanın play-off mərhələsində “Neftçi” ilə qarşılaşan APOEL-in üzvü Selim Benaschour Kipr mətbuatına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

 

- "Neftçi" ilə oyunda cavab qolunu vurdunuz. Təəssüratlarınızı bilmək istərdik.

- Qol vurduğum üçün çox sevinirəm. APOEL-dəki ilk qolumu belə bir matçda vurmağıma şadam. Səfərdə yaxşı nəticə qazandıq. İndi gələn həftə ev oyununda qələbə qazanmalıyıq.

- APOEL-in heyətindəki ilk qolunuzu kimi həsr edirsiniz?

- Həyat yoldaşıma, ailəmə. Bir də mənə kömək edən komanda yoldaşlarıma.

- Bu nəticədən sonra cavab matçı barədə nə düşünürsünüz?

- 1:1 hesabı bizim üçün yaxşı nəticədir. Çünki səfər qolu vurmuşuq. Bu, müsbət amildir. Düzdür, cavab oyununda da çətin ola bilər. Lakin azarkeş ordumuzun dəstəyi ilə "Neftçi"ni keçmək asan olacaq.

- Komanda Bakıda zəif təsir bağışladı. Bunu nə ilə izah edərdiniz?

- Düzünü desək, həqiqətən yaxşı oynamadıq. Süni örtükdə oynamaq çox çətin idi. Gələn həftə fərqli olacaq. Azarkeşlərimizi gözəl nəticəylə sevindirəcəyik.

- Ev və səfər oyunlarında fərqli APOEL görürük. Bunu aradan qaldırmaq olmaz?

- Bizim hər 3 səfər matçında pis oynamağımızı məşqçilər korpusu da görür. Yəqin ki, bunun üzərində çalışıb çatışmazlığı aradan qaldıracağıq.

- Cavab matçı ərəfəsində qrupa düşməməklə bağlı qorxunuz var?

- Xeyr. Nikosiyada qalib gəlməyimiz vacibdir. Çünki Avropa Liqasının qrup mərhələsinə düşməliyik. Ora vəsiqə qazandıqdan sonra isə vaxtımız olacaq ki, oyun planındakı müəyyən qüsurları aradan qaldıraq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail